vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
18:46 | 24 oktyabr 2013 | Cümə axşamı Məqaləyə 2656 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gözün üstündə qaşın var deyən olmayıb»

Qüdrət Həsənquliyev: «Onlar mövqelərini bir dəqiqəyə dəyişə bilərlər»

Asif NƏRİMANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hesab edirəm ki, Elxan Süleymanovun bəyanatı yaranmış vəziyyətə doğru yanaşmadır. Ona görə ki, biz nə Avropa Parlamentindən, nə də Avropa təşkilatlarından Azərbaycana normal münasibəti görmürük».

Bu barədə AvroNest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev açıqlamasında nümayəndə heyətimizin qurumdakı fəaliyyətini dondurmasına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, Avropa təşkilatları hər zaman bəhanə axtarıblar ki, Azərbaycana təzyiq etsinlər, Azərbaycanı Qarabağın işğalı ilə barışdırsınlar: «Elxan Süleymanov da bunları söyləyib. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Azərbaycana münasibəti dəyişməlidir. Azərbaycan zaman-zaman həm İran, həm də Rusiya tərəfindən ciddi təzyiqlərə məruz qalıb, məhz Avropa ilə əməkdaşlıq etdiyinə, bu məkana inteqrasiya etdiyinə görə. Qarşılığında 20 ildən artıqdır ki, torpaqlarımız işğal altında qalıb, işğalçı Ermənistana isə gözün üstündə qaşın var deyən olmayıb. Ona görə də Azərbaycan çalışıb bu problemin həllini Rusiya ilə tapmalıdır. Rusiya ilə hansısa məsələdə razılaşmalıdır. Bizim nə Avropadan, nə Fransadan, nə də Avropa İttifaqından kömək gözləməyimiz mənasızdır». 
Millət vəkili hesab edir ki, güclü erməni lobbisi və xristian həmrəyliyi bu məsələdə heç vaxt ədalətli mövqe tutmağa imkan verməz. Qüdrət Həsənquliyev Avropa Parlamentinin Azərbaycandakı seçkilərlə bağlı qəbul etdiyi qətnaməyə də münasibət bildirib.
«Mən uzun illərdir beynəlxalq təşkilatlarla işləyirəm və bilirəm ki, o beynəlxalq təşkilatları əsasən pulunu verən dövlətlər idarə edir. O dövlətlər həmin təşkilatların siyasətini də müəyyənləşdirir. Misal üçün, BMT. Düzdür, orda Rusiya və Çin var, ola bilsin ki, onlar fərqli mövqe sərgiləyirlər. Amma kiçik dövlətlərin əksəriyyəti belədir. Aİ-də də əsas söz sahibi Fransa və Almaniyadır. Onlar Böyük Britaniyanı ABŞ-ın Avropaya uzantısı hesab etdikləri üçün yaxına buraxmırlar. Bu baxımdan, hər şey tapşırıqla həll olunur»- deyə millət vəkili bildirib. 
Q.Həsənquliyev qeyd edib ki, tapşırıq gələndən sonra Avropa Parlamenti və digərləri boş şeylərdir: «Yəni onlar mövqelərini bir dəqiqəyə dəyişə bilərlər. Sifariş gəldi, qurtardı».