vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
23:42 | 6 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2741 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ABŞ puluna olan tələbat azalıb»

Dolların məzənnəsi aşağı düşməkdə davam edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Son bir neçə gün ərzində ABŞ dolları manata nisbətən ucuzlaşıb. İqtisadçılar bunun gözlənilən proses olduğunu deyirlər. İqtisadçı Vüqar Bayramov bildirib ki, dolların ucuzlaşması və ümumiyyətlə, dollara olan tələbatın aşağı düşməsi gözlənilən idi.

Onun sözlərinə görə, yanvar ayında dollara olan tələbat azalıb: «Bu onunla bağlıdır ki, yanvar və fevral aylarında həm büdcəyə ayırmalar az olur, həm də idxal azalır. Sentyabr ayında demişdim ki, dekabrın sonuna doğru dollara tələbat yüksələcək, yanvar ayında isə tələbatın azalması müşahidə olunacaq. Dövlət Neft Fondunun hərraca çıxardığı dolların həcmindəki azalmalar da ondan xəbər verir ki, ABŞ puluna olan tələbat azalıb».

Ekspert deyir ki, bu proses davam edəcək: «Bu proses martın ortalarına qədər müşahidə ediləcək. Əgər Mərkəzi Bank mövcud siyasətini davam etdirsə, dollara olan tələbat martın əvvəllərinə qədər aşağı səviyyədə qalacaq. Dollara olan tələbatın azalması, nəticə etibarı ilə manatın dollara nisbətən möhkəmlənməsinə səbəb olub.

Digər tərəfdən dollarlaşma prosesi kifayət qədər sürətlə gedib və nəticədə vətəndaşlar əmanətlərini dollarda saxlamağa üstünlük veriblər.

Statistikaya görə, vəsaitlərin təxminən 90 faizi dollarla saxlanılır. Bu da bahalaşma səviyyəsinin kifayət qədər yüksək olması ilə bağlıdır. Lakin unutmaq olmaz ki, Azərbaycanda xərcləmək üçün manata ehtiyac var. Vətəndaşlar xarici valyutada saxladıqları vəsaitin bir hissəsini manata çevirmək məcburiyyətindədirlər. Bu da dollar təklifinə təsir göstərir. Bundan əlavə, Mərkəzi Bankın mövqeyi də məzənnəyə təsir göstərir». 


Növbəti mərhələdə necə olacaq?


V.Bayramov hesab edir ki, yenə də Mərkəzi Bankın mövqeyi çox önəmlidir: «Dollara olan tələbatın bu ay aşağı düşəcəyi gözlənilir. Mərkəzi Bank əvvəlki kimi hərraclara tələb olunan valyutanı çıxara bilsə, o zaman fevral ayında manatın möhkəmlənməsi ehtimalı yüksəkdir. Dollara tələbat aşağıdır, Mərkəzi Bank da tələb olunan vəsaiti bazara çıxaracağı halda manatın xeyrinə işləyəcək. Manatın stabilləşdirilməsi üçün Mərkəzi Bankın kifayət qədər resursları var.

2017-ci ildə Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manat vəsait verilib. Öz büdcəsi 14,5 milyard manatdır.

Hazırda real vəziyyət ondan ibarətdir ki, Mərkəzi Bankın manatın stabilləşdirilməsi üçün manevrləri genişlənib. Növbəti mərhələdə Mərkəzi Bankın mövqeyi və eyni zamanda hərraclara çıxaracağı valyutanın həcmi əhəmiyyətli olacaq». (olke.az)