vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
15:32 | 6 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2230 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyev «İstiqlal»la marağlanır

Ukrayna Azərbaycandan silah istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Tezliklə Ukraynadan Azərbaycana böyük nümayəndə heyəti gələcək və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərinin genişləndirilməsinə dair danışıqlar aparacaq.

Virtualaz.org xəbər verir ki, bunu Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko bildirib. Səfir deyib ki, Ukrayna Azərbaycandan silah və hərbi texnika istəyir.

«Hərbi-texniki əməkdaşlıq bizim əməkdaşlığımızda həmişə başlıca komponentlərdən biri olub. Bu gün artıq biz Azərbaycana hərbi texnikanın bir sıra növlərinin təchizatı ilə bağlı kömək üçün müraciət edirik» - səfir deyib. Diplomat əlavə edib ki, əvvəllər Ukrayna Azərbaycana silah verirdi, indi isə Ukraynanın Azərbaycandan silah və hərbi texnika almasına ehtiyac yaranıb.

Ukraynanın Azərbaycan istehsalı olan hansı silahlara və hərbi texnikaya maraq göstərdiyi hələ məlum deyil. Lakin hazırda Donbassda gedən hərbi əməliyyatları nəzərə alanda təxmin etmək olar ki, Ukrayna ordusunun Azərbaycanın İsraillə birlikdə istehsal etdiyi pilotsuz uçan aparatları, snayper silahlarını, habelə «Motador» və «Morader» tipli zirehli nəqliyyat vasitələrini əldə etməyə marağı var. Ancaq Bakının Kiyevə silah satması Rusiyada nə dərəcədə qıcıq doğura bilər, bunu təxmin etmək lazımdır.