vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
XADİM  
15:34 | 9 oktyabr 2013 | Çərşənbə Məqaləyə 2568 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İqtidar çalışmalıdır ki...»

Qüdrət Həsənquliyev səs verdi

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev səsvermədə iştirak edib. BAXCP sədri qeydiyyatda olduğu 16 saylı Yasamal II Seçki Dairəsinin 20 saylı məntəqəyə gələrək, öz səsvermə hüququndan istifadə edib.

Səsvermədən sonra jurnalistlərə açıqlama verən Q.Həsənquliyev bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə insan hüquqlarına hörmət edilən bir ölkə kimi tanınması üçün seçkilər beynəlxalq standartlara uyğun keçirilməlidir:
«Bu gün Azərbaycan Respublikasında baş tutan seçkilər elə keçirilməlidir, heç kim seçkilərin legitimliyini şübhə altına ala bilməsin. Ona görə ki, Azərbaycan xalqının Qarabağ kimi problemi var və bizim ölkənin beynəlxalq aləmdə imici çox yüksək olmalıdır. Qanunların aliliyinə, insan hüquqlarının hörmət edilən bir ölkə kimi beynəlxalq aləmdə tanınmalıdır. Bu baxımdan düşünürəm ki, iqtidar da Azərbaycan xalqı qarşısında öz məsuliyyətini başa düşür. İqtidar da çalışmalıdır ki, bu seçkilər beynəlxalq standartlara uyğun keçirilsin. Hər halda mən buna çox ümid edirəm. Günün sonunu gözləyək» - deyə, BAXCP sədri qeyd edib.