vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
14:27 | 9 fevral 2017 | Cümə axşamı Məqaləyə 2679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ayda 2 milyon

Qətər DÇ-2022-yə hər həftə 500 min dollar vəsait xərcləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Qətərin maliyyə naziri Əli Şərif əl-Emadi ölkənin futbol üzrə 2022-ci il dünya çempionatına hazırlıq üçün hər həftə nə qədər vəsait sərf etdiyini açıqlayıb. «Report» «IOL» nəşrinə istinadən xəbər verir ki, nazir ölkəsinin hazırlıq işlərinə hər həftə yarımmilyon dollar pul xərclədiyini bildirib.

«Biz ölkəni 2022-ci ilə hazırlamaq üçün hər həftə 500 min dollar xərcləyirik. Qətər öz məqsədinə çatmaq istəyir, ona görə də, hələ üç-dörd il ərzində belə vəsaitlər xərclənəcək. Bu, təkcə stadionlar üçün deyil. Hazırda hava və dəniz limanları, dəmir yolları, xəstəxanalar tikilir. Qətərin qonaqlarının özlərini burada rahat hiss etmələri üçün hər şey edilir. Bütövlükdə ölkəyə 200 milyard dollar lazımdır», - deyə nazir əlavə edib.

Qətər 2022-ci il dünya çempionatının keçirilməsi uğrunda mübarizədə ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliyaya qalib gəlib.