Üçüncü şəxs kimdir?
Trampla Putinin telefon söhbətini dinləyənlər axtarılır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
“Mən kampaniyamı dayandırıram...”
“Açıq sərhədlər, artan cinayətlər, rekord inflyasiya” ABŞ-da problemə çevrilib
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
Xəbər verdiyimiz kimi, yanvarın 28-də ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında 45 dəqiqəlik telefon söhbəti olub. ABŞ mənbələrinin verdikləri məlumatlardan belə məlum olur ki, həmin söhbət naməlum üçüncü şəxs tərəfindən dinlənilirmiş.
Virtualaz.org «Forbes» jurnalının məlumatına əsasən xəbər verir ki, bununla bağlı ABŞ prezident administrasiyasının nümayəndəsi xüsusi açıqlama ilə çıxış edib. «Biz vəziyyəti araşdırırıq, bəli, bu çox təhlükəli haldır», - o deyib.
Ağ Ev Trampla Putinin söhbətinin dinlənilməsi barədə məlumatların araşdırıldığını bildirir. Bundan əlavə, ABŞ prezidentinin digər dövlət başçıları ilə telefon söhbətlərinin bəzi təfərrüatları üzə çıxıb. Bunu bu gün ABŞ prezidentinin mətbuat katibi Şon Spayserə istinadən «The Hill» nəşri yayımlayıb.
«Bu təfərrüatlardan bəziləri elə xarakter daşıyır ki, bir çox beynəlxalq protokol və qanunların birbaşa pozulmasıdır», - nəşrin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, Tramp baş verənlərlə əlaqədar çox narahatdır. «Bu söhbətlərin mövzusunun açıqlanması ehtimalı çox narahatlıq doğurur. Axı biz ölkəmizin adından ciddi işlər görməyə çalışırıq», - mətbuat katibi qeyd edib.
Məlum olduğuna görə, Trampla Putinin söhbətinin gedişində «Strateji hücum silahlarının azaldılması ilə əlaqədar saziş» barədə mövzuya toxunulub və Tramp müşavirləri ilə məsləhətləşməli olduğunu deyib. Bundan sonra ABŞ prezidenti Putinə bildirib ki, həmin saziş Moskvanın maraqlarına xidmət edir və Vaşinqton üçün sərfəli deyil.
«Məsələ o deyil ki, Trampın bu müqavilədən xəbəri yoxdur, - Spayser deyib. – Sadəcə olaraq, o, müşavirlərinin bununla bağlı mövqeyini öyrənmək istəyib, bu isə tamam başqa məsələdir».