vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
17:41 | 30 oktyabr 2013 | Çərşənbə Məqaləyə 3178 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Adamda bir insaf olar da…»

Baş nazir müavini əsəbiləşdi

Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda baş verən torpaq sürüşmələrinin iqlim şəraiti ilə heç bir əlaqəsi yoxdur, bunun günahkarı özümüzük». Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında belə deyib.

Abid Şərifov Ağsu aşırımında baş verən sürüşmənin səbəbini də açıqlayıb: «Mən 60 ildir Ağsu aşırımından gedib-gəlirəm, ildə ən azı on dəfə oradan keçirəm. Ağsu aşırımında heç vaxt sürüşmə olmayıb. Yalnız polis postunun yaxınlığında çox cüzi torpaq tökülərdi. İndi isə Ağsu aşırımı bütövlükdə sürüşür. Niyə? Ona görə ki, orada 50 metrdən bir restoran tikilib. Nə kanalizasiya xətti var, nə də suyun axması üçün başqa vasitə. Hərə bir tualet və sair tikib. Amma heç bir axar yolu yoxdur. Sürüşmə ərazisində pillə-pillə nəsə etmək olmaz. Əgər şampolar betonla tikilsəydi və ərazidəki torpaq vaxtaşırı daşınsaydı, heç vaxt sürüşmə olmazdı».
Baş nazirin müavini bildirib ki, Bakının Zığ, Bayıl və Badamdar qəsəbələrindəki sürüşmələr də insanların fəaliyyəti ilə bağlıdır: «Bu sürüşmələr yalnız insanların fəaliyyəti, qanunlara əməl olunmaması nəticəsində yaranır. Bəyəm əvvəllər Azərbaycanda yağış yağmırdı? Yoxsa yağıntılar artıb? Əksinə, keçmiş dövrə nəzər salsaq, indi yağıntıların azaldığını görərik. Ona görə də günahkar özümüzük. Sürüşmə zonalarında ev, restoran, kafe tikənlər, buna icazə verənlər, göz yumanlardır günahkar. 
Düzənlikləri çıxmaq şərtiylə, hazırda bütün dağ rayonlarında torpaq sürüşmələri var. Vəziyyəti bu həddə gətirmək nə dərəcədə doğrudur? Bir az insafımız olmalıdır, addım atanda, iş görəndə belə məsələləri düşünməliyik, ölçüb-biçməliyik. Adamda bir insaf olar da».
Abid Şərifov deyib ki, Nazirlər Kabinetinin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə zonalarının xəritəsini hazırlayır: «Nazirlik bir ay ərzində xəritəni təqdim etməlidir. Sonra Nazirlər Kabinetinin qərarı olacaq. Həmin qərarla icra başçılarına, bələdiyyə sədrlərinə tapşırıq veriləcək ki, sürüşmə zonalarında tikintiyə icazə verməsinlər, bunun qarşısını alsınlar».