vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
RƏY, REPLİKA  
15:15 | 10 fevral 2017 | Cümə Məqaləyə 1613 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Beləsinin anası ilə görüşən deyiləm»

Yəhudi deputat Lapşinə əsəbiləşdi: «Vaxtında oğlunu tərbiyə etməli idi»

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın işğal olunmuş torpaqlarında yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən, Rusiya, İsrail, Ukrayna dövlətlərinin vətəndaşlığını daşıyan bloqqer Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycana ekstradisiya olunub.

Bloqqer Lapşinin anası Bella Lapşin isə oğlunun bu addımını düşüncəsiz hərəkət kimi qiymətləndirib. Hətta Bella Lapşin bloqqer oğlunun əfv olunması üçün müraciət edib.

Modern.az saytı məsələ ilə bağlı Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramovla əlaqə saxlayıb. Deputat bildirib ki, Lapşinin anası görüşmək barədə təklif etsə belə, bundan imtina edəcək.

«Məndə olan məlumata görə, Lapşinin anası bazar günü Bakı reysi ilə Azərbaycana gələcək. İkincisi isə Lapşinin anası ilə niyə görüşməliyəm?! Onun oğlu Azərbaycana qarşı bu cür pis iş görüb. Vətənimi sevməyən, vətənimin qanunlarına hörmət etməyən, ölkəmin suverenliyini tanımaq istəməyən insanın nə anasını, nə atasını, nə də qardaşını qəbul etmək fikrim var. Hətta Lapşinin anası mənimlə görüşmək barədə təklif etsə belə, onunla görüşmərəm. Cənab Prezident necə hərəkət edibsə, mən də o cür hərəkət edəcəyəm. 12-13 ildir ki, beynəlxalq aləmdə Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində işlər görülməsini təbliğ edirəm. Bu da gəlib mənim vətənimə qarşı bu cür çirkin işlər görür. Lapşinin hansı mənsəbə qulluq etməsi bəlli deyil. Rusiya, İsrail, Ukrayna vətəndaşıdır. 3-4 şəxsiyyət vəsiqəsi ilə dünyanı gəzir. Ona görə də belə adamın anasını qəbul edə bilmərəm».

Yevda Abramov Bella Lapşinin yalvararaq imdad diləməsi məsələsinə də toxunub.

«Lapşinin anasının hərəkəti arxadan atılan daşa bənzəyir. Vaxtında oğlunu tərbiyə etməli idi. O bilməli idi ki, oğlu bloqqerdir, adi adam deyil. Hansısa bir alverçiyə bunu bağışlamaq olar, amma dünyada tanınan bloqqerə bunu bağışlamaq olmaz. Lapşinin Azərbaycana qaytarılması böyük uğurdur. 2016-cı ilin aprel döyüşlərindən sonra cənab Prezidentin apardığı böyük uğurlu siyasətdən biridir. Bu, Azərbaycanın imicini bir daha yüksəltdi».