vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
16:34 | 1 noyabr 2013 | Cümə Məqaləyə 2729 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Futbolçularımız əcnəbi klublara göndəriləcək»

«Bakı»nın prezidenti: «Perspektivli idmançılarımızı göndərək, xaricdə təhsil alsınlar»

Trend

MÖVZU İLƏ ƏLAQƏLİ

Uzun müddətdir ki, bu layihəni gerçəkləşdirmək arzusunda idik. Əlbəttə, dövlət qayğısı olmadan bunu etmək çətindir. Sevinirik ki, ölkə başçısının apardığı siyasətə az da olsa dəstək ola bilirik. Bu sözləri «Bakı»nın prezidenti Hafiz Məmmədov bu gün klubun aşağı yaş qrupu üzrə beş futbolçusunun Madrid «Atletiko»nun düşərgəsinə yola salınmasına həsr olunan tədbirdəki çıxışında bildirib.

H.Məmmədov qeyd edib ki, «Bakı» ilə «Atletiko» arasındakı əməkdaşlığın təməlini gənclər və idman naziri Azad Rəhimov qoyub: «Bu məsələdə AFFA prezidenti Rövnəq Abdullayevin də böyük xidmətləri var. Bizim bir çox layihələmiz «Atletiko»nun da istəyi ilə baş tutur. Tədbirdən əvvəl gənclərlə söhbət etdim. Bildirdim ki, siz ulu öndərimiz Heydər Əliyevin əsgərlərisiniz. İnanıram ki, onlar Azərbaycanın bayrağını daima ucaldacaqlar. «Atletiko» ilə əməkdaşlıq özü bir qürurdur».
H.Məmmədov deyib ki, «Bakı»nın əməkdaşlıq etdiyi Fransanın «Lans» klubunu düşərgəsinə də gələcəkdə Azərbaycandan futbolçular göndəriləcək: «Bütün yaş qruplarından olan futbolçularımızı ora göndərməyə hazırıq. Digər klublarımıza da müraciət edirəm ki, perspektivli futbolçuları varsa, göndərək, gedib, xarici ölkələrdə təhsil alsınlar».
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov «Bakı»nın aşağı yaş qrupu üzrə beş futbolçusunun Madrid «Atletiko»nun düşərgəsinə yola salmasına münasibət bildirərkən deyib ki, Azərbaycan idmanın gələcəyi üçün belə layihələr çox vacibdir:
«Bütün klub rəhbərləri bilməlidir ki, futbolun inkişafına uşaq futbolundan başlamaq lazımdır. Çox təqdirəlayiq haldır ki, bu gün «Bakı»nın 5 futbolçusu «Atletiko»nun akademiyasına təhsil almaq üçün gedir. Sevinirik ki, bu futbolçular seçilib. Onlar ən güclülərdir. İnanıram ki, bu gənclər 2016-cı ildə 16 yaşa qədər futbolçular arasında keçiriləcək Avropa çempionatında bizi layiqli təmsil edəcəklər. Heç vaxt yaddan çıxarmamalıdırlar ki, futboldan başqa onlar İspaniyada Azərbaycanı təmsil edəcəklər. Onlar Azərbaycan tarixini yaxşı öyrənməlidir ki, İspaniyada bizi tanıda bilsinlər».