vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
16:45 | 12 fevral 2017 | Bazar Məqaləyə 3086 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mərkəzi Bankın yanlış qərarı

İki ay qabağı görə bilməyən qurum makroiqtisadi sabitlik yarada bilərmi?

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu gün bazarda tələb təklifi üstələyir: Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır». Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu açıqlamanı düz 2 ay bundan əvvəl 12 dekabr 2016-cı ildə mətbuata verib. Hazırda başverənlər onu göstərir ki, bazarda tələb təklifi deyil, əksinə təklif tələbi üstələyib və ona görə də manat sürətlə ucuzlaşıb. Deyə bilərsiniz ki, tələb və təklif dinamikdir. Hər gün dəyişə bilər. Amma nəzərə alın ki, mən ölkənin valyuta bazarından bəhs edirəm və bu bazarda təklifi formalaşdıran Dövlət Neft Fondu Mərkəzi Bankla məsləhətləşir, tələbi yaradan banklar isə Mərkəzi Banka hesabat verir. Belə olan halda görəsən növbəti 2 ayda bazarın konyukturasını, orda tələb və təklifin necə dəyişəcəyini proqnozlaşdıra, yaxın perspektivləri belə düzgün dəyərləndirə bilməyən Mərkəzi Bank ölkədə necə makroiqtisadi sabitlik yaradacaq?

Təxminən 1 ay bundan əvvəl Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarının rəhbərlərilə görüş keçirib, valyuta satışında 4 faizlik marjanı ləğv etmək qərarını verdi. Valyuta mübadilə məntəqlərində son 1 ayın müşahidələri göstərir ki, bazarın tələbini və xarakterini nəzərə almayan AMB-nin bu qərarı da yanlış olub. Çünki, bir çox banklar ondan sui istifadə edərək xarici valyutaların alış və satış kursları arasındakı fərqi kəskin artırıblar. Hətta bəzi banklarda bu fərq 20 qəpiyə qədərdir. Hesab edirəm Mərkəzi Bankın bu qərarı oloiqopol bank bazarında rəqabət olmadığından əks effekt verir və təcili ləğv olunmalıdır.