vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MEDİA-QHT  
11:46 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 3382 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Zorla dirəşməyin mənası yoxdur»

Azərbaycanda qəzetə maraq niyə azalıb?

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyada ənənəvi çap mediasından imtina tendensiyası sürətlə davam edir. Hətta qəzetlər çap versiyasından imtina edərək, «onlayn» variantında fəaliyyətlərini davam etdirilər. Ölkəmizdə də analoji proses müşahidə olunur. Əvvəlki onilliklərlə müqayisədə köşklərdən qəzet alanların sayı azalıb. Bir vaxtlar yüksək tirajla çap olunan qəzetlər indi ciddi problemlərlə üzləşib. Şəhərdə apardığmız müşahidə belə deməyə əsas verir ki, qəzetə olan tələbat ciddi şəkildə azalıb. Təbii ki, oxucularda qəzetə olan marağı artırmaq məqsədilə bir sıra layihələr həyata keçirilib. Amma görünür effektiv olmayıb. Çünki indi elektron mətbuata olan tələbat daha çoxdur. Hazırki vəziyyət onu göstərir ki, çap mediasına qarşı azalan tələbat getdikcə qəzetlərin sıradan çıxması ilə nəticələnə bilər.

Modern.az saytı jurnalistlərin fikirlərini öyrənib.

Jurnalist Natiq Cavadlı bildirib ki, Azərbaycanda qəzetlərə marağın olmamasına  müəyyən amillər təsir göstərib.

«Öncə qəzet satışında müəyyən əngəllər yaradıldı, əl yayımı sıradan çıxarıldı. Köşklərdə qəzetə marağı artıran məqamlar yox dərəcəsindədir. Daha sonra isə qəzetlərin reklam bazarı yoxdur. Həmçinin sosial şəbəkələr və portallar  qəzetlərə çox ağır zərbə oldu. Ancaq bütün hallarda qəzeti alıb oxumağın ayrı ləzzəti var».

«Şərq qəzeti»nin  baş redaktoru Akif Aşırlı isə qeyd edib ki, Azərbaycanda qəzetlərə marağın azalmasını ölçən heç bir sistem yoxdur.

«Qəzetlərə marağın azalması prosesi bütün dünyada baş verir. Çap mətbuatı və qəzetlərlə yanaşı,  alternativ media strukturlarının formalaşması, xüsusən də internet medianın formalaşması qəzet alıcılarına müəyyən dərəcədə təsir edib. Biz inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik  ki, çap mətbuatına tələbat müəyyən dərəcədə azalsa da, müsbət münasibət hələ də qalıb. Bildiyimiz kimi, çap mətbuatı üçün satış yerləri olmalıdır. Türkiyədə özəl və digər strukturlar vasitəsilə onların yayım imkanları var. Azərbaycanda da bu satış sistemi formalaşır. Amma bütün qəzetləri tam əhatə edə bilmir. Qəzetlərin satış imkanları məhduddur. Bunu da nəzərə almaq lazımdır ki, rayonlara qəzetlərin çatdırılmasında da müəyyən vaxt itkiləri olur. Amma yenə də ən etibarlı məlumat mənbəyi kimi qəzetlərə müraciət edənlər var. Müəyyən yaş kateqoriyasından olan insanlar var ki, onlar qəzet oxuyurlar. Mən hesab edirəm ki, bütün dünyada baş verən bu proses Azərbaycandan da yan keçməyib. Ona görə də  hadisələri obyektiv qiymətləndirirəm».

Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov bu tendensiyanın təkcə Azərbaycanda deyil, bütün dünyada belə olduğunu deyib.

«Əksər ölkələrdə qəzetlər bağlanıb, qlobal nəşrlərin də tirajları kəskin düşüb. «The Wall Street Journal» ilə «The New York Times» ölüm-dirim savaşına çıxıblar ki, Nyu-Yorkda hansı qəzet həyatda qalacaq. «Chicago Tribune» kimi böyük keçmişi olan qəzet çökdü, «The Christian Science Monitor» can üstündədir. Dünyada ən çox qəzet oxuyan xalqı yaponlardır, amma hətta orada da «Asahi Shimbun» kimi dünya nəhəngi tirajını azaltmalı olub. Bu qəzetin 18-20 milyon tirajla çıxdığı vaxtlar olub. Bu gün Fransada qəzetlərin 22, İspaniyada 50, İslandiyada 80 faizi pulsuz paylanmağa keçib ki, bəlkə yeni iqtisadi model tətbiq edərək, həyatda qala bilsinlər. Qəzetlərin internet mediası ilə rəqabətdə heç bir şansı yoxdur. Qəzet erasının sonu gəlib, istəməsək də, bunu qəbul etməliyik. Mən özüm də qəzet oxumağı çox sevən bir insanam. Amma başa düşürəm ki, artıq dövr başa çatır, zorla dirəşməyin mənası yoxdur».