vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QALMAQAL  
13:57 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2375 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Siz hara baxırsız?»

Komitə sədrindən nazir müavininə etiraz

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzəni etirazla qarşılayıb.

Komitə sədri məruzə ətrafında danışmaq istəmədiyini vurğulayıb: «Amma Vilayət müəllimin çıxışı məni danışmağa məcbur etdi. Komitə iclasında söylənilənlərin heç biri çıxışda yer almayıb. Bu formal münasibətdir, belə etmək olmaz. Komitədə iclasında danışılanlar müzakirə predmeti olmağa dəymirsə, onda biz komitəni niyə keçiririk ki? Keçirməyək o zaman».

Komitə sədri subvensiya və dotasiya məsələsinə toxunub.

O qeyd edib ki, dotasiyanı verirlər, nə istəyirsən et, amma həmin dotasiyanın çoxu heç bələdiyyələrə çatmayıb: «Burada başqa hallar da var. Amma subvensiya birbaşa məqsədlidir. Çox təəssüflər olsun ki, bununla bağlı məruzədə heç nə deyilmədi. 70-yə yaxın kənd bələdiyyəsi nazirliyə layihə təqdim edib, amma qəbul edilməyib. Azərbaycanda Ədliyyə Nazirliyindən başqa bələdiyyələrlə məşğul olan başqa qurum varmı? O zaman nazirlik hara baxır?». («Qafqazinfo»)