vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0069 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2966 AZN
Türk lirəsi 1 TRY = 0.3806 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
14:14 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 644 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollar ucuzlaşır

FED bu gün hansı qərarı verəcək?

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellenin (Janet Yellen) çıxışı öncəsi dolların indeksi (dolların ABŞ-ın altı əsas ticarət tərəfdaşının valyutasından ibarət səbətə nisbətən məzənnəsi – red.) zəifləməkdədir.

«APA-Economics» xəbər verir ki, bugünkü ticarət sessiyasının əvvəlində dolların indeksi 0,25 faiz geriləyərək 100,77 bənd səviyyəsində qərarlaşıb.

Dolların 113,29 Yaponiya yeninədək ucuzlaşıb. Ötən ticarət sessiyasında 1 dollar 113,73 yenədək bahalaşa bilib.

Avronun dollara nisbətən məzənnəsi 1,0622 dollaradək yüksəlib. Halbuki ötən ticarət sessiyasında bu Avrozonanın vahid valyutası 1,0596 dollar səviyyəsində olub.

Qeyd edək ki, investorların diqqəti C. Yellenin bugünkü çıxışına yönəlib. FED rəhbəri ABŞ Konqresinin Bank komitəsinin üzvləri qarşısında çıxış edəcək. İnvestorlar C. Yellendən uçot dərəcəsinin konkret hansı tarixdə artırılacağı ilə bağlı bəyanatı gözləyir.

Dallas ştatının Federal Ehtiyat Bankının prezidenti Robert Kaplan (Robert Kaplan) hesab edir ki, FED uçot dərəcəsini artırmaqda tələsməməlidir.

Təbii ki, dolların kəskin bahalaşmasının qarşısını alan əsas amil ABŞ prezidenti Donald Trampın vergi islahatı proqramının detallarının açıqlanmamasıdır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *