vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
13:06 | 15 fevral 2017 | Çərşənbə Məqaləyə 2236 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampdan fövqəladə vəziyyət qərarı

Kaliforniyada sakinləri evlərini tərk edib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp Orovil su bəndinin çökmə təhlükəsi ilə əlaqədar Kaliforniya ştatında fövqəladə vəziyyət elan edib. Bu barədə Ağ Evin açıqlamasında bildirilir.

D. Tramp Kaliforniya ştatına federal səviyyədə dəstək göstərilməsinə dair göstəriş verib. O, Milli Təhlükəsizlik Nazirliyi və Fövqəladə Hallar üzrə Federal İdarəyə məsələ ilə bağlı səyləri koordinasiya etməyə tapşırıb.

Qeyd edək ki, Kaliforniyada yerli hakimiyyət orqanları təxliyə olunmuş insanların evlərinə qayıtmasına icazə versə də, təhlükənin artacağı təqdirdə atılacaq bütün addımlara hazır olmalarını da məsləhət görüb.

Xatırladaq ki, fevralın 12-də ABŞ-ın ən böyük su bəndi olan Orovil bəndinin çökməsi təhlükəsi ilə əlaqədar 120 km radiusda yaşayan 188 min əhali təxliyə edilib.