vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9817 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2390 AZN
Türk lirəsi 1 TRY = 0.3502 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SAHİBKARLIQ  
13:23 | 15 fevral 2017 | Çərşənbə Məqaləyə 1063 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vergidən yayınma sxemi

(Vergi Məcəlləsinin ən aktual yeniliyi)

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir həftə əvvəl hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə tutulan verginin əsassız, absurd və qanunsuz olması haqdaVergilər Nazirinə müraciət etdiyim barədə yazmışdım. Ondan sonra mənə bəzi müraciətlər olub ki, fərdi sahibkarlar bu vergidən aşağıdakı qaydada çox asanlıqla yaxa qurtara bilər: vəsaiti sahibkar hesabınadan qeyri-sahibkar hesabına köçürüb nağdlaşdırmaq.

Lakin əslində bu belə deyil! Yanvar ayında Qubada hüquqşünaslar üçün keçirilən seminarda da bunu izah etmişəm. Məsələ burasındadır ki, ilin əvvəlindən Vergi Məcəlləsində başqa yenilik də var: 23.1.6-1-ci maddəyə əsasən vergi orqanı səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergiləri, faizləri, maliyyə sanksiyalarını və inzibati cərimələri hesablaya bilər. «Vergi üstünlüyü», «vergidən yayınma sxemi» və «vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi» terminlərin mənası müvafiq olaraq Məcəllənin 13.2.69-13.2.71-ci maddələrində açıqlanıb. Qısaca belədir: vergidən yayınma sxemi – verginin ödənilməsindən yayınma məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Yəni vergi ödəyicisinin hər hansı əməliyyatı sırf vergini ödəməmək məqsədi daşıyırsa, bu, vergidən yayınma sxemidir. Düzdür, burada Məcəllədə çox ciddi ziddiyət var: 13.2.70-ci maddə sadəcə məqsədin, 23.1.6-1-ci maddə isə «əsas məqsəd»in bundan ibarət olduğunu vurğulayır. Yəni ikinci maddənin mənasından belə çıxır ki, əməliyyatın başqa məqsəd(lər)i varsa belə, amma əsas məqsədi vergini ödəməməkdirsə, bu, vergidən yayınma sxemidir. Birinci maddənin mənasına görə isə məqsəd yalnız vergini ödəməmək olmalıdır. Əlbəttə, birinci maddə daha məntiqli və ədalətlidir (ikinci maddə halında gəl indi hansı məqsədin əsas olduğunu sübut et də!). Digər tərəfdən, hər bir halda Məcəllədəki ziddiyyətlər vergi ödəyicisinin xeyrinə təfsir olunmalıdır.

Ümumən, bu yeniliyin yaxın dövrdə vergi orqanları ilə vergi ödəyiciləri arasında ciddi mübahisə predmetinə çevriləcəyi açıq-aşkardır. Vergi orqanları hər hansı əməliyyatın məqsədinin vergidən yayınma olduğunu iddia edəcək, vergi ödəyicisi isə əməliyyatın digər məqsədlərinin də olduğunu sübut etməyə çalışacaq. Təbii, burada əsas sözü məhkəmə praktikası deyəcək.

Lakin elə əməliyyatlar da var ki, onların vergidən yayınma sxemi olduğu indidən məlumdur. Fərdi sahibkar tərəfindən vəsaitin sahibkar hesabından qeyri-sahibkar hesabına köçürüb nağdlaşdırması buna bariz nümunədir. Vəsaitin hansı hesabdan nağdlaşdırılmasının sahibkar üçün nə fərqi var? Əlbəttə, fərqi yoxdur. Deməli, burada yeganə məqsəd vergidən yayınmaqdır. Əlbəttə, fərdi sahibkar vəsaiti qeyri-sahibkar olan başqa şəxslərin də hesabına köçürə bilər. Amma bu halda sonuncular gəlir vergisini ödəməli olacaq.

Buna görə də fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə vergidən yaxa qurtarması mümkün deyil və sözügedən əməliyyat çox təhlükəlidir (vergidən əlavə faiz və maliyyə sanksiyalarını ödəməli ola bilərlər). Başqa məsələ ki, həmin verginin özü əsassız, absurd və qanunsuzdur və məsələyə Vergilər Nazirliyinin münasibətini gözləyirəm. Nazirlik vergidə israrlı olsa, ötən həftə yazdığım kimi, məsələni Konstitusiya Məhkəməsinə çıxarmaq lazım olacaq...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)