vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
18:47 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1283 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampa «Maqnitski qanunu»u çağırışı

«Rusiyadan Çinə, Şimali Koreyadan Venesuelaya qədər avtoritarizm hökm sürür»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəzi senatorlar ABŞ administrasiyasını mürtəce rejimlərlə ünsiyyət zamanı siyasi məhbuslar mövzusunu diqqət mərkəzində saxlamağa çağırıb. Bu haqda «Turan» xəbər verir.

«Hesab edirəm ki, dissidentlərlə və hüquq müdafiəçiləri ilə görüşlər prezident, vitse-prezident, dövlət katibi, onun müavinləri daxil olmaqla, Ağ Ev administrasiyası üçün çox vacibdir», – respublikaçı senator, Senatın Beynəlxalq münasibətlər, demokratiya və insan haqları komissiyasının sədri Marko Rubio bildirib.

Demokratiyaya dəstəklə bağlı dinləmələrdəki çıxışı zamanı o deyib ki, «dünya demokratlarının liderlərinin insan haqlarının pozulması faktlarını müzakirə etməsi, həmrəylik və dəstək göstərməsi çox vacibdir».

Görkəmli hüquq müdafiəçiləri və ekspertlər qarşısında çıxış edən senator Rubio administrasiyanı insan haqlarının və insan ləyaqətinin müdafiəsində bu yaxınlarda qəbul edilmiş Qlobal Maqnitski qanunundan istifadə etməyə səsləyib.

«Rusiyadan Çinə, Şimali Koreyadan Venesuelaya qədər avtoritarizm hökm sürür, insan azadlığı tənəzzülə uğrayır, QHT-lər haqqında məhdudlaşdırıcı qanunlardan vətəndaş cəmiyyətinin sıxışdırılmasında istifadə olunur. Mətbuat azadlığı şübhə altındadır, siyasi dissidentlər çox zaman özlərini təcrid olunmuş hiss edirlər, onları repressiya edənlər isə cəzasız qalırlar», – Rubio bildirib.

Senator diqqəti ona yönəldib ki, dünyada insan haqlarını görünməmiş halda pozanların bəzisi yaxşı ödənişli lobbiçilər və firmalar saxlayır: «Onlar «beyin mərkəzləri», elmi dairələr və əyləncə industriyasının köməyilə KİV-də kampaniyalar keçirirlər».

Senator-demokrat Robert Menendes də deyib ki, Amerika yeni demokratiyanı dəstəkləməlidir. Çünki bu, ABŞ milli maraqlarının əsasıdır.

Beynəlxalq Respublika İnstitutunun prezidenti Mark Qrin isə Amerikanın demokratiyanı dəstəkləməsi fikrilə razılaşıb. O da vurğulayıb ki, bu, Amerikanın iqtisadi və təhlükəsizlik baxımından maraqlarını əhatə edir.