vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
KİNO-TEATR  
19:04 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2755 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, nə səviyyəsizlikdir?»

Cəbiş müəllimin arvadı qalmaqallı kadrlardan danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Adamın ağlını başından alır»

«Bizim Cəbiş müəllim» filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib. Kulis.az saytının yaydığı məlumata görə, filmin sonunda Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb.

Kəsilən kadrları tədqiqatçı Füzuli Sabiroğlu «Youtube»da yerləşdirib.

«Qafqazinfo» qalmaqallı filmlə bağlı ekran işinin əsas qəhrəmanı, Cəbiş müəllimin həyat yoldaşı rolunun ifaçısı Şəfiqə Məmmədova ilə əlaqə saxlayıb.

Xalq artisti həmin məsələni aktuallaşdıranları səviyyəsiz adlandırıb: «Film 69-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxır. Kim necə yozursa, yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosessində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədir ki, 69-cu ilin filmini qurdalayır?

Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayır? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burda nə var ki? Yaradıcı insanlar elə görməyib deyə, filmə salmayıblar. Bu, nə səviyyəsizlikdir?»