vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QARABAĞ  
16:31 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2437 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xocalı yaddaşı» işıq üzü gördü

AVCİYA erməni vəhşiliyini sənədlərlə təqdim edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) «1905.az» portalının «1905.az kitabı» seriyasından ikinci nəşri – «Xocalı yaddaşı» kitabı işıq üzü görüb. AVCİYA-dan APA-ya verilən məlumata görə, kitab Xocalısoyqırımı qurbanlarının xatirəsinə ithaf olunub və şərti olaraq üç hissəyə bölünüb. Kitab AVCİYA-nın prezidenti, Elxan Süleymanovun ön sözü ilə açılır.

Birinci hissədə Qarabağ bölgəsinin, bu əraziyə ermənilərin köçürülməsinin tarixi, onların törətdikləri soyqırımlar, Ermənistanın ərazi iddiaları, Qarabağ probleminin başlanması, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin işğalı ilə bağlı materiallar, ikinci hissədə Xocalı rayonu və şəhəri,Xocalı soyqırımı, hadisə zamanı itkin düşənlərin, əsir və girov götürülənlərin siyahısı, əsir və girov götürülənlərlə bağlı ətraflı məlumat, faciə zamanı müstəsna igidlik göstərən Azərbaycanın Milli Qəhrəmanları, qətliamı törədən erməni qruplaşmaları, xocalılara divan tutulan yaşayış məntəqələri ilə bağlı materiallar yer alıb. Üçüncü hissədə isə Rusiyanın "Memorial» İnsan Hüquqları Mərkəzinin, «Human Rights Watch» təşkilatının Xocalıhadisələri ilə bağlı hesabatı, Xocalı soyqırımı ilə bağlı rəsmi sənədlər, ümummilli lideri Heydər Əliyevin və prezidenti İlham Əliyevin bir sıra çıxış və müraciətləri, hadisənin soyqırımı kimi dəyərləndirilməsi ilə bağlı materiallar, Heydər Əliyev Fondunun Xocalı soyqırımının tanıdılması ilə bağlı fəaliyyəti, «Xocalıya ədalət» kampaniyası, soyqırımın beynəlxalq aləmdə tanınması, eləcə də bu hadisə ilə bağlı gerçəkləri dünyaya yayan insanlar haqqında məlumatlar verilib.

Kitabın ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti, Elxan Süleymanov, elmi məsləhətçiləri AMEA-nın müxbir üzvü İlyas Babayev, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, iqtisad elmlər doktoru Vurğun Süleymanov və başqaları, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayevdir.