vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SAĞLAMLIQ  
23:53 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2827 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kişilər niyə keçəlləşir?

Alimlərdən yeni cavab

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Şotlandiyanın Edinburq Universitetinin alimləri keçəlləşmə ilə bağlı önəmli araşdırma aparıblar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kişilərdə keçəlləşməyə səbəb olan 200-dən artıq genetik marker aşkar olunub. Bu kəşf keçəlləşmənin fərdi risklərini təxmin etməyə və effektiv terapiya təklif etməyə imkan verir.

40-69 yaş arasında 52 min kişi arasında keçirilən analizlərə görə, 32 faiz kişidə saç itkisi fiksasioya olunmayıb, 23 faizdə saç bir az tökülüb, 27 faizdə müəyyən səviyyədə keçəlləşmə müşahidə olunub və nəhayət, 18 faiz kişilərdə intensiv saç tökülməsi qeydə alınıb.

Kişilərin genomunda keçəlləşməyə cavab verən 287 variasiya (100-dən artıq gen) aşkarlanıb. Bu variasiyaların 40-ı X-xromosomundan (kişilərə analarından ötürülən xromosom) keçib. Alimlər əldə olunmuş nəticələrə əsasən, yaxın zamanlarda keçəlləşmə ilə mübarizədə effektiv vasitələrin hazırlanacağını elan ediblər.