vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MEDİA-QHT  
15:53 | 23 fevral 2017 | Cümə axşamı Məqaləyə 2747 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müsbət cavab alacağımıza inanmasaq da ...»

Ədliyyə Nazirliyi QHT-yə «Yox!» dedi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dəyər» Demokratiyanın İnkişafına Dəstək İnstitutu İctimai Birliyi Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədə VAXT.AZ-a təşkilatın sədri Rəhman Əhmədov məlumat verib.

Azərbaycanda vətəndaş cəmiyyəti çətin durumda olsa da, yeni təşkilatların yaranması davam edir. Bir müddət əvvəl təsis olunduğu elan olunan «Dəyər» Demokratiyanın İnkişafına Dəstək İnstitutu artıq Ədliyyə Nazirliyindən ilk imtina cavabı almış və qeyd olunan nöqsanları düzəldərək yenidən müraciət edib.

Bu barədə təşkilatın təsis yığıncağında sədr seçilmiş Rəhman Əhmədov bildirdi.

Rəhman Əhmədov bizimlə söhbətində bildirdi ki, Ədliyyə Nazirliyindən verilən imtina cavabı qanuna müvafiq olsa da, göstərilən səbəblər yetərli deyil. Bununla belə həmin duzəlişlər bir daha dəqiqləşdirildi və sənədlər yenidən təqdim olundu. Eyni zamanda R,Əhmədov ölkədə QHT-lərin qeydiyyatına və fəaliyyətinə yaradılan maneələrdən məlumatlı olduqlarını, bununla belə ictimai birlik təsis etmək onların konstitusion haqları olduğunu bildirdilər. Təşkilatın təsis yığıncağında sədr seçilən R.Əhmədov hüquqi müstəvidə mübarizə aparacaqlarını bildirərək təşkilatın qeydiyyatında israrlı olduqlarını qeyd etdi. Sədrin bildirdiyinə görə təsis yığıncağında ona göstərilən etimad zamanı qarşıya qoyulan əsas vəzifələrdən biri də təşkilatın strateji hədəfləri ilə yanaşı qanunvericiliyə uyğun İctimai Birliyin dövlət qeydiyyatına alınması olmuşdur. R.Əhmədov Ədliyyə Nazirliyindən mənfi cavab alacaqları halda məhkəmə instansiyasına və əgər ehtiyac yaranarsa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini bildirdi. 

Təşkilatın sədri qeyd etdi ki, yeni yaradılan təşkilatın əsas hədəfi Azərbaycanda demokratiyanın inkişafına dəstək vermək və demokratik dəyərləri təbliğ etməkdən ibarətdir. Bu sırada xüsusi maraq gənclərin demokratik prinsiplərə uyğun formalaşdırılmasına yardım etməkdən ibarətdir.  

R.Əhmədov sonda Ədliyyə Nazirliyindən heç də müsbət cavab alacaqlarına inanmasa da, təşkilatın qeydiyyata alınmasına nail olacaqlarına ümid etdiyini bildirdi.