vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
16:37 | 5 noyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 2330 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağalarov narahatdır

«Bu oturduğumuz budağı kəsməyimiz demək olardı»

Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış azərbaycanlı iş adamı Araz Ağalarov son günlər Rusiyada miqrantlara qarşı daha da genişlənən təqiblərə münasibət bildirib. Ağalarov «Exo Moskva» radiosuna müsahibəsində deyib ki, miqrantlar Rusiyaya lazımdır və indi onlardan yaxa qurtarmaq barədə məsələni bu cür kəskin formada qoymaq olmaz.

«Bu, bizim oturduğumuz budağı kəsməyimiz demək olardı» - deyə iş adamı bildirib.
A.Ağalarov ABŞ-dan nümunə gətirib. Deyib ki, bu ölkədə böyük sayda miqrantlar var, ancaq bir dəfə də eşitməyib ki, hansısa senator və ya konqresmen onlarla mübarizəyə çağırsın. Çünki miqrantların Amerika cəmiyyətinə inteqrasiyası üçün bütün  şərait yaradılıb.
«Bununla belə, məhkəmə var, polis var və hər bir adam öz hərəkətinə görə cavab verməlidir. Məsələn, qafqazlıların toy korteji keçəndə havaya atəş açırlar və insanlar bunu öz adətləri ilə bağlayırlar. Meqapolisdə hansı adətdən söhbət gedə bilər? Ona görə də hamı qanunu bilməli və ona əməl etməlidir» - deyə biznesmen bildirib.
A.Ağalarov Moskvadakı «Pokrovka» topdansatış bazasının bağlanmasını da tənqid edib. O bildirib ki, «Pokrovka» Avropada ən iri topdansatış bazası idi: «Bəs hakimiyyət orqanları əvvəldən niyə bu bazanı şəhər kənarına çıxarmağı fikirləşməmişdi? Bildiyim qədər belə təkliflər olmuşdu. Doğrudanmı bu məsələni bu cür radikal formada həll etmək lazım idi? Nəticədə biz böyük miqdarda iş yerlərini itirdik».
Müsahibədə Ağalarov siyasətlə məşğul olub-olmayacağı barədə suala da cavab verib: «Mən öz problemlərimi özüm həll etməyə adət etmiş adamam. Ona görə də öz biznesimi qorumaq üçün mənim siyasətlə məşğul olmağım vacib deyil. Ancaq eyni zamanda mənim siyasətçilər və ictimai xadimlər arasında çoxlu dostlarım var, yəni mən demək olar ki, siyasətdəyəm».