vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0842 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3777 AZN
Türk lirəsi 1 TRY = 0.4493 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
07:57 | 28 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 658 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABB bank sistemə etimadı tam sarsıdır

... əks halda bu ya kəskin devalvasiyanın anonsudur, ya da duldurluq

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən ilin yayında Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərinə yeni məhsul təklif etmişdi: dollarla 3 faizlə əmanət qoy, manatla təminat olan əmanətin 75 faizi həddində 7 faizlə kredit götür. Bununla bank həm dollara olan tələbatını təmin etmişdi, həm də pulların yastıq altından çıxarılıb iqtisadiyyata yatırılmasına nail olmuşdu. Deyilənə görə, məhsul nəticəsində bank 50 milyon dollardan çox vəsait cəlb etmiş və 80 milyon manata yaxın kredit vermişdi.

Lakin bankın yeni rəhbərliyi bir neçə il müddətinə verilmiş bu kreditlərin vaxtından əvvəl qaytarılmasını tələb edir. Səbəb kimi kredit müqaviləsinin bir şərtinə istinad edilir. Həmin şərtə görə kreditin qaytarılmaması nəticəsində banka zərər dəyməsi ehtimalı yarandıqda, bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.

Halbuki sadə hesablamalar da göstərir ki, kreditin qaytarılmaması nəticəsində banka zərərin dəyməsi sadəcə mümkün deyil. Məsələn, ötən ilin iyunun 23-də müştəri banka 100000 dollar (həmin dövrdəki 1 dollar=1,53 manat məzənnəsi ilə 153000 manat ekvivalenti) əmanət qoyub və 114000 manat kredit götürüb. Beləliklə də kreditin əmanətə nisbəti 75 faiz idi. Bu gün isə 1 dollar 1,74 manatdır. Başqa sözlə, kreditin məbləği 114000 manat olduğu halda təminat kimi yerləşdirilən əmanətin ekvivalenti 174000 manatdır. Yəni kreditin əmanətə nisbəti 65 faizə düşüb.

Göründüyü kimi, ötən müddət ərzində kreditin əmanətə nisbəti təminatı daha da etibarlı edib. Buna görə də bank üçün hər hansı mümkün zərərdən söhbət belə gedə bilməz.

Bununla belə bank 3 gün (!) ərzində kreditin təcili bağlanmasını tələb edir. Əks təqdirdə, müştəriləri nəinki kreditin əmanətdən tutulması ilə, həmçinin hüquq-mühafizə orqanlarına (?) şikayətlə hədələyir!

Bu, misli görünməyən quldurluq və dərəbəylikdir! Söhbət dövlət bankı tərəfindən vəziyyətindən sui-istifadə edərək, müqavilə öhdəliklərinin kobud pozulmasından gedir! Belə ucuz hərəkətə (oyun qaydalarının birtərəfli dəyişdirilməsinə) indiyədək nəinki heç bir yerli bank, heç ABB-nin qovulan sabiq rəhbərləri də yol verməmişdi. Təəssüf ki, buna ümidlər bəslədiyim və vaxtilə bir yerdə çalışdığım şəxslər gedir. Görünən odur ki, onlar hələ də özlərini satıcı («front office» əməkdaşları) kimi hiss edir və ölkənin ən iri bankının böhran meneceri olduqlarının fərqində deyillər.

Nəticədə bank sisteminə ağır zərbə vurulur! ABB belə edirsə, bundan sonra kim banka əmanət qoyar, bankdan kredit götürər, sistemə etimad edər? Nəhayət, bankın bu hərəkəti açıq-aşkar kəskin devalvasiya anonsudur: manatı yığıb dollara çevirmək istəyir ki, devalvasiyadan qazansın. Görünən odur ki, bunun manatın süni şəkildə bahalaşdırılması dövründə olması da təsadüfi deyil. Dəfələrlə dediyim kimi, manat həqiqətən möhkəmlənirsə, banklar niyə manatla kredit vermir? Bu halda isə ABB nəinki vermir, verdiyini də qanunsuz geri alır və bununla da manata etimadı tam sarsıdır…


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)