vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
İZDİHAM  
12:47 | 28 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 4864 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şəhid atasının verdiyi təskinlik...

... və ya şirin Naxçıvan ləhcəsində yazılan acı həqiqətlər

Çingiz ÖZGÜR

MÖVZU İLƏ ƏLAQƏLİ

Vətənimizin hər bir qarışı bizmçün necə əzizdirsə, hər bir şəhidimiz də o qədər yandırır... Naxçıvandan olan şəhidlərin təkcə ruhu yox, müqəddəs nəşi də göy üzünə qalxır... Doğulduğu torpağa qovuşmaqçün! Uğuruna can qoyduğu torpağa baş qoyub əbədi uyumaqçün bircə yolu var şəhidimizin, o da göylərdəndi.

Gecə şəhidimizi «göylərə uğurlamaqçün» aeroportdaydıq. Qəribəydi... Şəhid atası hamımıza təskinlik verirdi, «sizin» də başınız sağ olsun, Vətən sağ olsun» deyirdi! Deyirdi ki, biz əziyyət çəkmişik, sağ olaq...

Amma mən şəxsən utanırdım. Çünki sayca az idik. Çoxumuz yox idik. Naxçıvanla bağlı «siyasi-şou» xarakterli bütün məsələlərdə bircə dəyqənün içində «pırtdıyıb çıxan» əslən naxçıvanlı siyasətçilər, vəzifəlilər, partiya sədrləri, imkanlı iş adamları... heç biri gözə dəymirdi. Naxçıvanlı deputatlar, Naxçıvanın deputatları yox idilər. Başları ya yuxuya, ya da yuxudan daha önəmli şeylərə qarışmışdı. Ən azından qarşılamaya övladlarını göndərə bilərdilər, göndərməmişdilər...

«Xəbərimiz olmuyub» söhbətləri haqq qazandırmayacaq, XƏBƏRİNİZ OLMALIYDI!!! Şəhidimizin xəbərini alandan mütəmadi əlaqə saxlıyırdıq, şəhidin atasının Beyləqanda, hərbi hissədə oturub sonuncu dəfə «övlad yolu gözlədiyindən» xəbərdar idik, kim soruşurdusa bildiyimizi deyirdik. Sadəcə «Facebook» vasitəsi ilə. O zaman əlaqə imkanları bizdən qat-qat artıq olanlar necə bilməyə bilərdilər?

Biz axşam heç bu haxda düşünmürdük də, hətta şəxsən mənim, nə şəkil çəkməyə, nə də harda olduğumu işarələməyə əlim gəlmədi. Çünki borcumuzdu! Canımız çıxsa da, getməliyik! Və siz-yoldaşlar, cənablar, bəylər! Verdiyiniz dəyər öz dəyərinizdi – gec-tez dəyərinizi alacaqsınız! Darıxmıyın!!!