vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
14:14 | 28 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 593 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dövlət ciddi olmalıdır»

İsa Kəlantəri: «Layihələrin icrası üçün lazım olan vəsait verilməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya Gölünü Bərpa Mərkəzinin rəisi növbəti dəfə problemin aradan qaldırılması üçün ayrılan büdcə vəsaitinin təhvil verilməsi məsələsinə toxunub.

«Gölün bərpası üçün ayrılan büdcə vəsaitinin təhvil verilməsində birinci mərhələ gerçəkləşdi. Fevralın 23-də ödənilən məbləğ gölün dirçəldilməsi işləri ilə əlaqədar layihələrin podratçılarına (peymankar) veriləcək. Dövlət büdcə vəsaitinin qalan hissəsini təhvil verməkdə ciddi olmalıdır», deyə İsa Kəlantəri bildirib.

Dövlətin Urmu gölü məsələsinə daha çox diqqət yetirməsini tələb edən İ.Kəlantəri təmsil etdiyi mərkəzin fəaliyyətinə də toxunub. «Ötən sentyabr ayınadək gölün canlandırılması uğrunda layihələr proqrama uyğun olaraq həyata keçirildi, lakin sonra vəsaitin olmaması səbəbindən layihələrin icrası zəiflədi və ümumi vəziyyət pisləşdi. Prosesin belə getməsi təbii ki, gölə bir başa təsir edir, ona görə də layihələrin icrası üçün lazım olan vəsait mövcud olmalıdır», deyə o vurğulayıb.

İ.Kəlantəri Urmiya gölündə ötən illə müqayisədə suyun səviyyəsinin qalxdığını bildirib.