vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
20:11 | 28 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2392 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Manata verilən həyat

Milli valyuta tək aylarda itirdiyi dəyəri, cüt aylarda qismən qazanır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün, yəni fevral ayının sonuncu günü olan 28-də Mərkəzi Bankın (AMB) ənənəvi olaraq keçirdiyi valyuta hərracına Dövlət Neft Fondu (SOFAZ) tərəfindən satışa 35 milyon ABŞ dolları məbləğində valyuta çıxarıldığı, bunun da 34,12 milyon dollarının, başqa sözlə desəm, 97,5 faizinin alındığı deyilir. Beləliklə də, kurs martın 1-nə 1,7515 manat müəyyən edilib. Bu günə, yəni ki, fevralın 28-nə isə 1,7475 manat idi. Sözün qısası, dollar yenə bahalaşmaqdadır.

Bu, nəyi göstərməkdədir?

Yanvardakı tendensiya bərpa olunurmu?! Xatırladım ki, yanvarda manatın dollara qarşı dəyəri SOFAZ tərəfindən həmin ay ərzində AMB-nin keçirdiyi hərraclara satışa ümumən 285 milyon dollar vəsait çıxartmasına rəğmən, 8,23 faiz civarda ucuzlaşmışdı. Ancaq fevralda vəziyyət dəyişdi. Belə ki, fevral başlayandan manat möhkəmlənməyə başladı.

Bəs mart ayı ərzində bizi valyuta bazarında nə gözləyir?!

Xatırladım ki, bu mövzuda əvvəlki açıqlamalarımda və şərhlərimdə də manatın məzənnəsinin möhkəmlənməsi prosesinin mart ayında dayanacağını bildirmişdim. Fevral ayı başlayandan bəri manatın möhkəmlənməsi dayanıqlı tendensiya deyildi. Təkrar edirəm ki, bundan əvvəlki ayda, yəni yanvar ayı ərzində isə manat 8,23 faiz ucuzlaşmışdı. Fevralda isə bunun əks proseslə əvəz olunacağı məlum məsələ idi. Çünki fevral iqtisadi aktivlik ayı deyil. Odur ki, düz bu ayın 16-na kimi manat bahalaşmaqda davam etdi. Ayın sonuna doğru isə bu tendensiya təbii olaraq, səngidi. Və beləliklə də, bütövlükdə artıq, başa çatmaqda olan ay ərzində manatın 10 faizə yaxın dəyər qazandığı qeydə alındı.

Ancaq artıq, bir neçə gündür ki, prosesin sanki yanvardakı tendensiyaya doğru dəyişdiyi və milli valyutanın cüzi templə də olsa ucuzlaşmasının yenə bərpa olunduğu müşahidə olunmağa başlayıb. Hesab edirəm ki, bu da qanunauyğun bir proses olaraq qəbul edilməlidir.

Martda idxal məhsullarına tələbat artır. Mart həmçinin, bayramlar ayıdır. İstehlak bazarında tələb genişlənməli olur. Əhalinin də xarici valyutaya tələbi artır. Həm bu, həm də digər bir sıra iqtisadi faktorlar səbəbindən valyuta bazarında yenə gərginlik yaranacağı labüd görünür.

Bununla belə, düşünmürəm ki, dolların yanvardakı qədər bahalaşacağını müşahidə edəcəyik. Düzdür, bütövlükdə mart ayı ərzində manat ucuzlaşacaq. Amma aprelə doğru bu tendensiya yenidən dəyişəcək...

Belə çıxır ki, manat tək aylarda (yanvar, mart) itirdiyi dəyərini, cüt aylarda (fevral, aprel) qismən də olsa geri qaytarır.