vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SOSİAL  
15:52 | 28 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 3025 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda pensiya yaşı da artırılır...

... iş stajı da

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 28-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında «Əmək pensiyaları haqqında» qanuna təklif edilən dəyişikliklər müzakirə edilib.

VAXT.AZ xəbər verir ki, pensiya qanununa təklif edilən 98 dəyişiklik parlament komitəsi tərəfindən qəbul edilib. Qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə olunacaq.

Dəyişikliklər əsasən, pensiyaya çıxmaqdan ötrü iş stajlarının artırılması ilə bağlıdır.

Təkliflərə görə, hakimlərdən pensiyaya çıxmasından ötrü 15, prokurorluq işçilərindən isə 35 il iş stajı tələb olunacaq. Hazırda qüvvədə olan qanunvericiliyi görə, pensiyaya çıxmaqdan ötrü hakimlərə 5, prokurorluq işçilərinə isə 25 il iş stajı kifayət edirdi.

Dəyişiklik layihəsində həmçinin, pensiyaların baza hissələrinin ləğv olunması, 110 manat minimum pensiya məbləğinin müəyyən olunması təklif edilir.

Daha bir dəyişiklik təklifi pensiya yaşının artırılması ilə bağlıdır.

Kişilərin pensiyaya çıxmaq yaşının hər il 6 aydan bir artırılmaqla 65 yaşa qaldırılması təklif edilir.

Qadınların əmək pensiyaya çıxmasında yaş həddi də 2027-ci ilə qədər hər il 6 aydan bir artırılaraq 65 yaşa çatdırılması təkliflər arasındadır.

Qeyd edək ki, hazırda Azərbaycanda qadınların pensiya yaşı 60, kişilərin pensiya yaşı isə 63-dür.

Dəyişiklik təklifləri qəbul edilərsə, 2017-ci il iyulun 1-də qüvvəyə minəcək.