vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
09:56 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 1366 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

25 ilin forpostu

Ermənistan Rusiya ilə diplomatik münasibətlər qurulmasının 25 illiyini təmtəraqlı şəkildə qeyd etməyə hazırlaşır

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Forpost Ermənistan Rusiya ilə diplomatik münasibətlərinin qurulmasının 25 illiyini təmtəraqlı şəkildə qeyd etməyə hazırlaşır. Məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyan bu məqsədlə martın 14-də Moskvaya yollanacaq. İkigünlük səfər zamanı Moskvada keçiriləcək tədbirlərə qatılacaq «Serjik»in Rusiya prezidenti Vladimir Putinlə görüşü də nəzərdə tutulub. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.

Amma Rusiya ilə Ermənistan arasında münasibətlər heç də rəsm səviyyədə olduğu kimi deyil.  Elə təkcə Rusiya rəsmilərinin «Ermənistan bizim Cənubi Qafqazda forpostumuzdur» ifadəsini xatırlatmaq kifayət edir. Bu ifadə rusların Ermənistanın müstəqilliyinə verdiyi qiymətdir. Bu gün Ermənistanda da barmaqla sayılası qədər rus qalıb. Ermənistanda rus dilinə nifrət o qədər güclüdür ki, ölkədə bir-iki rus məktəbi qalıb.

Sözsüz ki, Ermənistan bu tədbiri keçirməklə dünya birliyinə çatdırmaq istəyir ki, Rusiya ilə münasibətləri müstəqil qurur. Ancaq heç kim bunu ciddi qəbul etmir. Uzağa getməyək, Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ərəfəsində Ermənistan xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbəndyanın alman nəşrinə müsahibəsinə nəzər salaq. Həmin müsahibədə yaşananları erməni xarici siyasətinin fiaskosu da adlandırmaq olar. Nazir rəsmən etiraf edib ki, ölkəsi forpost və müstəqil siyasət yürüdə bilməyən bir qurumdur. Alman nəşrinə müsahibəsində jurnalist Ermənistanın Rusiyanın forpostu olduğunu, Moskvanın icazəsi olmadan heç bir addım ata bilmədiyini bu və ya digər şəkildə onun diqqətinə çatdırıb. E.Nalbəndyan da cavabında Ermənistanın Rusiyadan heç bir asılılığı olmadığını iddia etsə də, istənilən halda Avropa İttifaqı ilə saziş istiqamətində atılacaq addımların Moskva ilə razılaşdırılacağını bildirib. Sonra isə nazirlə jurnalist arasında qalmaqal yaranıb. Müsahibəni götürən jurnalistin Ermənistanın müstəqil siyasət yürütməsi fikrinə inamsızlığı Nalbəndyanı hiddətləndirib. O, jurnalisti nəzakətsizlikdə ittiham edib.

Ermənistanın Rusiyanın forpostu olduğunu göstərən başqa bir danılmaz fakt. Paytaxt Yerevanda keçirilən hərbi paradlarda Ermənistan əsgəri ilə yanaşı, rus əsgəri də addımlayır, qonşu ölkənin bayrağı dalğalanır. Gümrüdəki rus hərbi bazasının əsgəri erməni ailəsini məhv edir və bununla bağlı məhkəmə prosesi qapalı, Ermənistanın iştirakı olmadan keçirilir. Ən maraqlısı odur ki, artıq sadə ermənilər də kiminsə müstəmləkəsi, forpostu olmaq istəmir və bunu açıq şəkildə bildirirlər. Məsələn keçirilən aksiyalarda səslənən şüarlara nəzər salaq: «Azad, müstəqil Ermənistan!», «Rusiya əlini Ermənistandan çək» və s. Bununla da ermənilər rusların onları forpost gözündə görməsindən narazılıqlarını açıq şəkildə bildirirlər. Onlarla həmrəy olan erməni müxalifəti də hakimiyyəti bu siyasətinə görə qınayır. Ermənistan parlament seçkilərinə hazırlaşır və siyasi dairələrdə belə bir fikir var ki, Rusiyanın mövqeyi bu seçkilərin nəticələrinə əsaslı təsir edəcək. Erməni eksperti Levon Barseqyan isə hesab edir ki, ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü müstəqilliyə ciddi zərbədir. Onun qənaətincə, Ermənistan prezidentinin «bütün erməni xalqı adından qərar qəbul etməyə haqqı olmayıb: «Gömrük İttifaqına daxil olmaq ölkəmizin müstəqilliyini təhlükə altında qoyur. Odur ki, biz Serj Sarkisyanın istefasını tələb edirik». Erməni Milli Konqresi»nin üzvü, iqtisadçı ekspert Zoya Tadevosyan də bu qənaətdədir. Onun fikrincə, bu cür siyasət cəmiyyəti məhvə aparır, müstəqilik fikrini öldürür.

Tarix elmləri namizədi Aqasi Tedovosyan da hesab edir ki, Ermənistan Rusiyadan asılıdır: «Ermənistan Rusiyanın müstəmləkəsi olacaq, daha doğrusu, artıq olub».

Yeri gəlmişkən, Qərb mətbuatında da bu tip yazıların sayı artır. «Əslində, Ermənistanın müstəqilliyinin 25-ci ildönümü sevinc üçün səbəb olmalıdır, amma ermənilərin əksəriyyəti əldən verilmiş imkanlar barədə düşünür». Bu barədə ABŞ-ın nüfuzlu «Huffington Post» nəşrində erməni müəllif Armine Saakyan yazıb. Məqalədə eyni zamanda vurğulanıb ki, ölkənin bu vəziyyətdə olmasının səbəbi sözdə azad olub, əslində isə hələ də Rusiyanın müstəmləkəsi olaraq qalmasıdır. A.Saakyan ölkənin 2013-ci ildə Avropa İttifaqı ilə «Assosiasiya sazişi» imzalamaqla Rusiyanın asılılığından çıxmaq üçün şansı olduğunu, amma həmin dövrdə Rusiya prezidenti Vladimir Putinin ermənistanlı həmkarı Serj Sərkisyanı danışıqlar üçün yanına çağırdığını xatırladıb: «Görüş iştirakçılarından başqa heç kim prezidentlərin nədən danışdıqlarını bilmir, lakin Putinin Sərkisyana ultimatum verdiyi aydın məsələdir. Çünki bu görüşdən sonra Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olduğunu bəyan etdi». Müəllif məqalənin sonunda vurğulayıb ki, onun özü də Ermənistanın müstəqilliyinin 25-ci ildönümünü sevinclə qeyd etməyəcək, çünki ölkəsi müstəqil deyil.

Azər NURİYEV