vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
20:04 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 1291 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Flinn etiraf edib ki, ...»

CNN: «ABŞ kəşfiyyatı Rusiya səfirini casus hesab edir»

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ kəşfiyyatı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı casus hesab edir. Bu barədə CNN ABŞ hökumətinin hazırkı və əvvəlki nümayəndələrinə istinadən xəbər yayıb.

Telekanal bu barədə məlumatı ABŞ-ın indiki ədliyyə naziri Ceff Seşns ilə Rusiya səfiri arasında danışıqlarla bağlı yayılan məlumatlar fonunda təsdiqləyib. Belə ki, mediada ədliyyə nazirinin ötən il senator olarkən S.Kislyakla iki dəfə görüşdüyünü və Konqresdə dinləmələr zamanı bu barədə məlumat vermədiyini yazıb.

CNN, həmçinin Donald Trampın fevralın ortalarınadək təhlükəsizlik məsələləri üzə müşaviri Maykl Flinn ilə bağlı olayı da xatırladıb. Belə ki, M.Flinn etiraf edib ki, Ağ Ev nümayəndələrinə Sergey Kislyakla əlaqələrinə dair tam informasiya verməyib.

Kanal bildirir ki, məhz səfirlər Rusiya kəşfiyyatının potensial yaxınlığı səbəbi ilə ABŞ kəşfiyyatı M.Flinnin onunla münasibətlərindən narahat olublar.