vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MEDİA-QHT  
21:26 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 2514 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İndi hər oxucunun öz saytı var»

Vüsalə Mahirqızı: «Hansı şirkət sosial media ilə daha yaxşı işləyə bilirsə, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Caspian PlatForum»in «Yeni medianın trendləri: media şirkətlərin perspektiv inkişaf strategiyaları, sosial şəbəkələrə inteqrasiya» mövzusunda ictimai mühazirəsində «APA Holdinq» rəhbəri Vüsalə Mahirqızı Azərbaycanda yeni media trendləri ilə bağlı müşahidə və təcrübəsini bölüşüb.

Lent.az-ın məlumatına görə, V.Mahirqızı hazırda yeni mediada «online» xəbər resurslarının sosial mediaya inteqrasiya prosesinin getdiyini bildirib: «Hazırda «online» xəbər resurslarında trend budur: hansı şirkət sosial media ilə daha yaxşı işləyə bilirsə, həmin saytlar da gündəm yarada, ictimai müzakirə üçün mövzu verə bilirlər».

V.Mahirqızı deyib ki, hazırda xəbər yayımı ilə məşğul olan saytları iki yerə bölmək mümkündür: «Birinci, istehsalçı saytlar, ikincilər isə yalnız hazır xəbərlərin yayımı ilə məşğul olan aqreqatorlar».

Onun sözlərinə görə, ikinci qrup media resursları daha çoxdur: «Bunun əsas səbəbi odur ki, media resurslarında peşəkar, orijinal kontentin toplanması üçün yaxşı kollektivə ehtiyac var. Kollektiv üçün isə maliyyə imkanlarına, eyni zamanda reklam bazarının aktivliyi lazımdır. Bu imkanları olmayan, lakin sayt rəhbəri olmaq həvəsində olanlar daha çox aqreqator sayt işlətməyə üstünlük verirlər. Həmçinin nəzərə almaq lazımdı ki, ölkə ərazi və əhali etibarı ilə o qədər də böyük olmadığından xəbər potensialı, gündəm çevikliyi də o qədər bol deyil".

V.Mahirqızı bildirib ki, qarşıda «online» medianı sosial şəbəkələrlə daha peşəkar əməkdaşlıq gözləyir: ««Youtube»də qaydalar onsuz da sərtdir. Hazırda «Facebook»da da qaydalar sərtləşdirilir, daha çox orijinal kontentə üstünlük verilir, müəllif hüquqları məsələsinə həssas yanaşılır. Bu isə medianın artıq sosial şəbəkələrdə işləmək üçün ixtisaslaşmış, qaydaları mənimsəmiş peşəkarlara ehtiyacı olmasından xəbər verir. Artıq piar strategiyasından xəbərsiz jurnalist və ya redaktorun sosial səhifədə işləməsi və bu inteqrasiyadan uğur qazanması mümkün görünmür».

«APA Holdinq»in rəhbəri bildirib ki, xəbər şirkətləri artıq «online» aktiv istifadəçinin peşəkarlaşdığını da nəzərə almalıdır: «İlk dəfə sosial şəbəkə ilə tanış olanda oradakı hər şey bizə maraqlı gəlirdi. İndi isə biz ancaq sosial şəbəkənin maraq dairəmizdə olan funksiyalarından istifadə edirik. Eynilə xəbər saytlarına da münasibət belədir. Xəbər saytları yeni yarananda hər kəs ora can atırdı. Amma indi hər oxucunun belə desək, «öz saytı var». Oxucu onu maraqlandıran sahəyə aid saytı oxuyur. Buna görə də daha çox konkret oxucu kütləsinə ünvanlanmış saytlar önə çıxmağa başlayır».

V.Mahirqızı deyib ki, xəbər şirkətlərinin sosial media ilə inteqrasiyasının uğurlu olması üçün yeni kadrlara, xəbər işini bilən SMM-çilərə, piarçılara ehtiyac var: «Qida sənayesi üzrə ixtisaslaşmış marketoloqun xəbər satması mümkün deyil. Xəbər sənayesinin öz marketoloqları, piarçıları olmalıdır».

«APA Holdinq»in təcrübəsindən danışan V.Mahirqızı şirkətin bütün sosial şəbəkələrdə işlədiyini, xüsusi olaraq sosial media ilə iş departamenti yaradıldığını da qeyd edib.

Şirkət rəhbəri bildirib ki, sosial media həm də xəbər şirkətləri üçün yaxşı mənbədir: «Mən həmişə tərəfdarı olmuşam ki, biz bu mənbədən peşəkar formada istifadə edək. Media daim ilk mənbə kimi sosial mediadan məlumatı almalı, onu dəqiqləşdirməli, məlumatı xəbər standartlarına gətirməli və yaymalıdır».

O qeyd edib ki, hazırda sosial media xəbər şirkətləri üçün həm xəbərin əldə olunması, istehsalı, həm də bazarlanması üçün yaxşı müstəvidir.

V.Mahirqızı hesab edib ki, «online» media şirkətləri gələcəkdə yalnız xəbər istehsalı ilə kifayətlənməməli, internetin biznes imkanlarından da yararlanmalıdırlar.

Daha sonra V. Mahirqızı sualları cavablandırıb.