vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
22:25 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 1369 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan qarışdı

Azərbaycanın yaydığı video Sərkisyan rejimin sirlərini açdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda cəbhə bölgəsində baş verən hadisələrin ölkə vətəndaşlarından gizlədilməsi etirazlar doğurub.

«Report» yerepouni-news.com saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağda öldürülən Nver Babadjanyanın mayor rütbəli olması barədə məlumatı Ermənistan ictimaiyyəti yalnız sosial şəbəkələrdən əldə edib.

Erməni saytı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videonu dərc edərək yazır ki, Azərbaycan ordusu dəqiq zərbələrlə qarşı tərəfin hərbi qərargahını bombalayır.

«Onlar bizi öldürürlər, biz isə sakitcə övladlarımızı dəfn edirik. Çünki bizim rəhbərlik yalnız daha çox pul qazanmaq və öz yumşaq kürsüsündə oturmağı düşünür. Hərbi texnikanın işləməməsi və tanklar üçün yanacağın olmaması isə onların vecinə də deyil. Maraqlıdır, ölkə rəhbərliyi bu son məlumatlara hansı bəhanəni gətirəcək», - yerepouni-news.com saytı bildirir.