vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AMERİKA  
08:05 | 3 mart 2017 | Cümə Məqaləyə 2233 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama siyasətə qayıdır

Sabiq prezident xələfinə müqavimət göstərəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın sabiq baş prokuroru və Barak Obamanın dostu Erik Holder bildirib ki, Birləşmiş Ştatların sabiq prezidenti siyasətə qayıtmağa hazırlaşır.

«Report» xəbər verir ki, Holderin sözlərinə görə, Obama Demokratlar Partiyasının Seçici dairələrinin yenidən bölüşdürülməsi komitəsinə (Holderin rəhbərlik etdiyi) kömək etməyə hazırlaşır.

Komitənin fəaliyyəti siyasi qüvvələr nisbətinin süni yolla dəyişdirilməsi məqsədi ilə seçki dairələrinin əsassız olaraq bölünməsi prosesi ilə mübarizəyə yönəlib.

Demokratlar hazırkı Ağ Ev rəhbəri Donald Tramp tərəfindən aparılan siyasi kursa müqavimət göstərmək üçün bu yolla öz nüfuzlarını artırmağa ümid edirlər.