vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
08:44 | 3 mart 2017 | Cümə Məqaləyə 1725 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-dan Rusiyaya təzyiq artır

Vaşinqton Moskvanın Abxaziya və Cənubi Osetiyadakı hərəkətlərini pisləyib

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Konqresi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməni təsdiq edib. Gürcüstan mətbuatı yazır ki, qətnamənin təsdiqinin lehinə 410, əleyhinə isə 6 səs verilib. Sənədə əsasən, ABŞ heç bir halda Gürcüstanın hər hansı bir hissəsinə Rusiyanın de-fakto nəzarətini tanımır.

Qətnamə Rusiyanın Gürcüstana hərbi müdaxiləsini və onun ərazilərinin işğalını və eyni zamanda işğal xətti boyunca Rusiyanın qanunsuz hərəkətlərini pisləyir.

Qətnamə, həmçinin Rusiyanı Gürcüstan əraziləri olan Abxaziya bölgəsi və Sxinvali rayonunun «müstəqilliyi»ni tanımaqdan və bölgədə yürütdüyü siyasətdən imtina etməyə çağırıb.

Sənəddə konqresmenlər Amerikanın Gürcüstanla müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd ediblər.