vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:17 | 3 mart 2017 | Cümə Məqaləyə 2380 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Lazımdırmı?»

Sabiq XİN nazir ilə DİN generalı arasında qalmaqal sülhlə bitdi

MÖVZU İLƏ ƏLAQƏLİ

İki gün öncə sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general mayor Səhlab Bağırov arasında baş verən insident tərəflərin əl sıxışması ilə başa çatıb. Bu barədə eks-nazir özü məlumat verib. Tofiq Zülfüqarovun açıqlamasını təqdim edirik.

«Salam əziz dostlar!

Xəbər vermək istəyirəm ki, iki gün əvvəl baş verən problem bu gün tamamilə həll olunub.

Bir sıra etik məsələləri nəzərə alaraq, mən həmin xoşagəlməz hadisənin formatı və sonluğunun təfərrüatları barədə ictimaiyyəti məlumatlandırmamağı qərara aldım.

Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi tərəfindən bu məsələyə cəlb edilmiş bütün şəxslər qanunun aliliyinə əsaslanaraq mənə qarşı və yaranmış vəziyyətlə əlaqədar olaraq çox yüksək dərəcədə hörmət və konstruktiv yanaşma nümayiş etdiriblər.

Mən, öz tərəfimdən, Azərbaycan Respublikasının Prezidenti bütün dövlət qulluqçularından tələb etdiyi kimi, əmin-amanlığın, Azərbaycan vətəndaşlarının qanuni hüquq və maraqlarının mühafizəsi işində onlara uğurlar arzuladım.

Lakin Azərbaycanda həmişə olduğu kimi sonradan müəyyən edildi ki, biz həmin şəxslərlə hələ 1994-cü ildən, ABŞ-ın ATƏT-dəki səfiri Braunu Goranboy rayonunun Tapqaraqoyunlu kəndindəki təmas xəttinə müşayiət etdiyimiz vaxtdan bir-birimizi tanıyırıq.

Əminəm ki, baş vermiş bu hadisənin bütün iştirakçıları özləri üçün lazımi nəticələri çıxarıblar.

Demək istərdim ki, mənim gəldiyim nəticə ondan ibarətdir ki, qanuni hüquqlar uğrunda qanuni vasitələrlə mübarizə aparmaq lazımdır. Bu işdə ictimai rəy və KİV çox mühüm əhəmiyyətə malikdir. 15 gün əvvəl istifadə etməyə başladığım «Facebook»un rolu da vacibdir.

«Hakimiyyət səlahiyyətlilərinin» və sadə vətəndaşların iştirakçıları olduqları cəmiyyətin transformasiyasının müsbət aktları – uzunmüddətli prosesdir.

Demək olar ki, bu, bizim hamımızın keçdiyi məktəbdir və burada əsas qayda – qanunun aliliyidir. Qısası, qanuna hörmət edin və hər kəsdən bu hörməti tələb edin.

Əminəm ki, uzunmüddətli müzakirələr üçün sensasiya dolu və qaynar faktları, «kim kimi məğlub edəcək» seriyasından yarışma səhnələrini açıqlamadığıma görə, bəzi dostlarım məni bərk tənqid edəcək. Ancaq mən sual verirəm: «Lazımdırmı?» Axı, aydındır ki, Sizin göstərdiyiniz və mənim də səmimi şəkildə minnətdar olduğum ictimai dəstək və baş vermiş hadisə ətrafında yaranmış rezonans QALİB GƏLDİ. Daha doğrusu, qalib gələn QANUN oldu.

Hamınıza hörmətlə, Tofiq Zülfüqarov»