vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
OLAY  
20:40 | 6 noyabr 2013 | Çərşənbə Məqaləyə 2099 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrandan Naxçıvana atəş açıldı

Sərhəddə işləyən traktorda 7,62 mm-lik güllə izləri aşkarlanıb

Rövşən ZİYA, anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən axşam saat 18.15 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işlərini aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyindən verilən məlumata görə, həmin vaxt sürücü atəşdən yayınmaq məqsədi ilə özünü traktordan ataraq dambanın arxasına keçib.
Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gələrək baxış keçiriblər və aidiyyəti üzrə məlumat veriblər.
İlkin araşdırma zamanı müəyyən edilib ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib. Həmçinin traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti sübut edir ki, atəş İran İslam Respublikası ərazisindən açılıb.
Hadisə ilə bağlı qarşı tərəf məlumatlandırılıb və izahat tələb edilib. Hazırda təhqiqat-ekspertiza işləri davam etdirilir.