vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
12:43 | 4 mart 2017 | Şənbə Məqaləyə 2867 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hansı ölkələri seçirlər?

Daimi yaşamaq üçün xaricə gedənlərin seçimləri

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəsmi statistik məlumatlara görə, hər il daimi yaşamaq üçün Azərbaycana gələnlər və gedənlər olur. Modern.az saytı daimi yaşamaq üçün Azərbaycandan gedənlərin hansı ölkələri seçdiyini araşdırmağa çalışıb.

Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, 2015-ci ildə daimi yaşamaq üçün Azərbaycandan gedənlərin sayı 1557 nəfər olub. 2016-cı ildə isə bu göstərici 1700 nəfərə çatıb.

Qeyd edək ki. ötən il daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənlərdən çox olub – 3200 nəfər.

Maraqlıdır, bəs gedənlər daimi yaşamaq üçün hansı ölkələri seçirlər?

Dövlət Statistika Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin məlumatlarına əsaslanaraq bildirib ki, daimi yaşamaq üçün Azərbaycandan gedənlərin ən çox üz tutduqları ölkə Rusiyadır.

Sonrakı yerlərdə Qazaxıstan və Türkiyə gəlir.

Azərbaycandan gedənlər arasında daimi yaşamaq üçün Belarus, Ukrayna, Özbəkistan, ABŞ, Almaniya, Gürcüstan, İsrail, Türkmənistanı seçənlər say baxımından sonrakı yerləri tuturlar. Siyahıda az sayda digər MDB ölkələri və xarici dövlətləri seçənlər də var.