vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
01:30 | 9 mart 2017 | Cümə axşamı Məqaləyə 2861 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çexlər Hacı İbrahim Nehrəmlinin «şöhrəti» haqda

«Khazar Islands» süni adaların yaratdığı süni xəyal Psj-yə güclü zərbə vurub

MÖVZU İLƏ ƏLAQƏLİ

Neftin qiymətinin yüksək olduğu dövrdə, bir sıra Asiya ölkələri genişmiqyaslı layihələrin tikintisinə təşəbbüs göstərdi. Ancaq bu layihələrin əksəriyyəti ya kağız üzərində qaldı, ya da başlanğıc mərhələsində atıldı. Bu, çex tikinti şirkətlərinə çox güclü zərbə vurdu, hansılar ki, tikinti işlərinin dayandırılmasına görə çoxmilyonlu zərərə düşdülər. Virtualaz.org bildirir ki, bu barədə çex nəşri E15 geniş məqalə dərc edib.

Nəşr Hindistanda, Misirdə və Birmada həyata keçirilməmiş layihələrin icmalını verib və son dərəcə arzu edilməyən nəticəyə gəlib.

Genişmiqyaslı layihələrə təşəbbüs etmiş daha bir neçə ölkənin adının çəkildiyi məqalədə nəşr nəhayət, «Khazar Islands» adlı süni adalar şəhərinin yaradılmasına cəhdin göstərildiyi Azərbaycanda dayanır. Qeyd edək ki, bu ağlasığmaz layihənin müəllifi artıq müflis olmuş nehrəmli milyonçu Hacı İbrahim idi.

«Süni adalarda 800 min əhalinin yaşayacağı bütöv şəhər yaradılmalı idi. Burada 150 məktəb, şəxsi Disneylend və hətta dünyada «Azərbaycan» adlı ən yüksək göydələn tikməyi planlaşdırırdılar.

Bu 186 mərtəbədən ibarət, 1050 metr hündürlüyü olan qüllə olmalıydı. Tikintinin birinci mərhələsi 12 milyard dollar dəyərində qiymətləndirilirdi. Tikinti işlərini yerli AVESTA şirkəti aparırdı», - deyə nəşr yazır.

Ancaq orada bir neçə süni ada və ev tikib, layihəni atdılar. İqtisadi çətinliklər, hansılar ki, neftin qiymətlərinin düşməsinə görə Azərbaycan iqtisadiyyatı hiss etməyə başladı, mane oldu.

Nəşr qeyd edir ki, layihənin uğursuzluğu çex tikinti şirkəti Psj-yə güclü zərbə vurdu, hansı ki, 2014-cü ildə süni adalarda evlərin tikintisi üzrə müqavilə bağlamışdı...