vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
14:22 | 11 mart 2017 | Şənbə Məqaləyə 2754 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sovetski»nin yolları yenidən qurulur

İşlərin 80 faizi yekunlaşıb

MÖVZU İLƏ ƏLAQƏLİ

  • Günah «Azərsu»da olub

    «Azəravtoyol» rəsmisindən çökən yolla bağlı yeni açıqlama: «Yolun dağılmasına səbəb kollektorun dağılması olub»

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılır.

«Azəravtoyol» ASC-dən virtualaz.org-a verilən məlumata görə, aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasdır.

Sözügedən ərazilərdə «Azəravtoyol» ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Layihə Nəriman Nərimanov, Abdulla Şaiq,Balababa Məcidov, Mirzağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscıdı ətrafındaki yollar iki zolaqlı, digər yollarda isə üç və dörd zolaqlı olması nəzərdə tutulub.

Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndirilır, həm də geniş piyada səkiləri inşa edilir.

Yenidən qurulan Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metrtəşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa edilir.

Ümumilikdə Balababa Məcidov küçəsində işlərin 80 faizi yerinə yetirilib. Yeni kommunikasiya xətləri çəkilib, yağış suları üçün drenaj xətti qurulub, küçənin asfaltlaşdırılması başa çatdırılmaq üzrədir.

Bu işlərə paralel olaraq layihə çərçivəsində ərazi boyu kommunikasiya xətlərinin inşası işləri görülür. Artıq qaz xətləri üzrə 34 faiz, elektrik xətləri üzrə 53 faiz, su-kanalizasiya xətləri üzrə 38 faiz, rabitə xətləri üzrə isə 25 faiz işlər aparılaraq yekunlaşdırılıb.

Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri qurulacaq, bunun üçün 220 ədəd işıq dirəyindən istifadə ediləcək. Bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda «cib»liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, parkinq yerlərinin tikintisi nəzərdə tutulur.