vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
21:43 | 13 mart 2017 | Bazar ertəsi Məqaləyə 1434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Hüviyyət tələb» və «təcziyə tələb»»

Eldar Qaradağlı: «Hakimiyyət ortaya iki termin atıb …»

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycan Urmiya şəhərinin İran parlamentindəki millət vəkili XX əsrin əvvəllərində törədilən Ciloluq faciəsi ilə bağlı İranın Təhsil nazirinə məktubla müraciət edib.

Ruhulla Həzrətpur nazirə ünvanladığı məktubda Ciloluq faciəsi zamanı Urmiya və Qərbi Azərbaycan Vilayətində minlərlə insanın qətlə yetirildiyini bir fitnə adlandıraraq onun tarixi cəhətdən önəmli bir hadisə olduğuna diqqət çəkib. «Ciloluq faciəsinin 100-cü ildönümü yaxınlaşır, bu münasibətlə baş verən ibrətverici faciə tarix dərsliklərə salınmalıdır. Bunun üçün lazımi tədbirlərin alınmasını xahiş edirik», - deyə məktubda qeyd olunub.

Ötən əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri Fransa və Rusiya kimi bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiya, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiliblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib.

Eldar Qaradağlının dediklərinə görə, İslam Respublikası hakimiyyəti İran Azərbaycanında cərəyan edən milli-mədəni mücadilə ilə əlaqəli qrupları «hüviyyət-tələb» (kimliyini tələb edən) və «təcziyə-tələb» (separatçı) şəklində iki dəstəyə ayıraraq özünə yaxın qüvvələrin fəaliyyətinə zəmin hazırlamaq istəyir. İsveçdə yaşayan yazar və siyasi fəal Amerikanın Səsinə söhbətdə son vaxtlar türk fəallara qarşı basqıların artmasının səbəblərini dəyərləndirib.

Son vaxtlar bir yandan İran Azərbaycanından olan millət vəkilləri və yerli məsullar türk dil haqları və Azərbaycanın mədəni-iqtisadi problemlərini hər zamandan daha çox səsləndirməyə başlayıblar. Digər yandan isə məhkəmə və təhlükəsizlik qurumları türk fəallara qarşı basqıları artırıb. Bu yaxınlarda müvəqqəti azadlığa buraxılmış bir türk dil haqları fəalı məhkəməyə çağırılmış və bəzilərinə qarşı ağır həbs və sürgün cəzaları çıxarılıb.

Eldar Qaradağlının söylədiklərinə görə, bu durum hakimiyyət daxilində türklərlə bağlı iki fərqli siyasət yürüdən qanadların mövcud olduğunu göstərməz.

Onun fikrincə, zahirdə ziddiyyətli görünən bu iki siyasət, əslində vahid bir hədəf istiqamətində yürüdülür: «Hakimiyyət Azərbaycanın tam qurtuluşunu istəyənləri tamamilə meydandan uzaqlaşdırmaq, ağır şəkildə cəzalandıraraq millətdən qoparıb, zindanlarda çürütmək və onların yerinə öz istədikləri tipləri meydana gətirmək istəyir».

«Azərbaycan Mərkəzli Türkçü Düşüncə» adlı kitabın müəllifinin sözlərinə görə, «Pəhləvi dönəmindən bu yana irqçi sistem çox çalışmış ki, assimilyasiya etmək hədəfi ilə bu Azəri məsələsini ortaya ataraq, onu bizim kökümüz olan Türk kimliyinin yerinə qoysun... Bunu təəssüflə müəyyən dərəcədə də bacarıblar. Amma son zamanlar xüsusilə milli hərəkatın aparıcı qüvvələri və gəncliyimiz (hərəkatda) türklüyü mərkəzə gətiriblər».

Onun dediklərinə görə, hakimiyyət bu vəziyyətdə nəzarəti ələ keçirmək üçün «hüviyyət-tələb» və «təcziyə-tələb» terminlərini ortaya ataraq milli-mədəni mübarizə ilə əlaqədə olan qrupları iki dəstəyə ayırmağa çalışmaqdadır.

«Son zamanlarda şiə-farsçı teorisyənləri (nəzəriyyəçi) vasitəsilə ortaya atılan iki terminlə qarşı qarşıyayıq; hüviyyət-tələb (kimliyini tələb edən) və təcziyə-tələb (separatçı). Bu terminlər ilə birlikdə açıqlamalar da gəlir... Yəni siz İran çərçivəsində bəzi haqlarınızı istəyirsinizsə, siz hüviyyət-tələbsiniz, sizinlə oturub müzakirə edə bilərik... Amma təcziyə-tələb olanlar İranın ərazi bütünlüyü və rejimin mövcudluğunu təhlükəyə atanlardır», deyə Eldar Qaradağlı sözünə davam edib.