vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QARABAĞ  
16:51 | 18 noyabr 2013 | Bazar ertəsi Məqaləyə 2992 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycanın əli gicişir»

Rusiyalı hərbi ekspert Qarabağda savaşın başlayacağı təqdirdə mümkün ssenarilərdən yazır

Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın «Russkaya planeta» jurnalında nüfuzlu hərbi ekspert Aleksandr Xramçixinin «Dağlıq Qarabağada müharibə nə vaxt başlayacaq?» başlıqlı geniş təhlili dərc edilib. Virtualaz.org saytı jurnalın saytına istinadən xəbər verir ki, müəllif əvvəlcə Azəbaycan və Ermənistanın hərbi imkanlarını, qüvvələr nisbətini təhlil edib.

Birinci Qarabağ müharibəsi dövründə tərəflərin hərbi itkilərini sadalayan A.Xramçixin qeyd edir ki, atəşkəsin əldə olunmasından sonra hər iki tərəf öz silahlı qüvvələrini gücləndirir. Eyni zamanda bunu yeni müharibəyə başlamaq üçün etdiklərini gizlətmirlər.
Məqalədə Ermənistan ordusunun malik olduğu silah və texnikanın miqdarı göstərilir. Açıq mənbələrdən əldə edilmiş məlumatlara əsasən hazırda Ermənistan ordusunda 2 ədəd «Toçka» raket sistemi, 8 ədəd R-17 raket kompleksi, 110 tank, 200-ə qədər PDM, 120-dən çox BTR, 50-dən artıq reaktiv artilleriya sistemi, o cümlədən Çin istehsalı olan 4 WN-80 reaktiv sistemi, 300-ə yaxın HHM kompleksi və digər silahlar var.
Dağlıq Qarabağdakı erməni qüvvələrinin imkanları haqda məlumat yoxdur. Lakin ayrı-ayrı mənbələrdə göstərilir ki, Qarabağ qüvvələrinin 316 tankı, 324 PDM-i, 233 artilleriya qurğusu və s. var.
Ekspert qeyd edir ki, bir vaxtlar Ermənistan ordusu Belarus ordusundan sonra keçmiş SSRİ-də ən yaxşı hazırlıqlı və döyüş qabiliyyətli ordu hesab edilirdi. Lakin indi vəziyyət dəyişib, çünki pul olmadığından Ermənistan öz ordusunu yeni hərbi texnika ilə təchiz edə bilmir.
Daha sonra Xramçixin Azərbaycan ordusunun imkanlarını təhlil edir. Bildirilir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri postsovet respublikalarında ən sürətlə inkişaf edən ordudur və hətta Rusiya ilə rəqabət apara bilər (təbii ki, miqyas fərqi nəzərə alınmaqla).
Xramçixinin qənaətinə görə, Azərbaycan zəngin neft gəlirləri sayəsində öz ordusunu ən yeni silahlarla təchiz edib və keçmiş SSRİ respublikalarının ordularını üstələyib.
Daha sonra açıq mənbələrdə yer alan məlumatlara əsasən  göstərilir ki, Azərbaycan ordusunda 381 tank, 300-dən çox PDM, 300-dən çox BTR, 300-dən çox özüyeriyən artilleriya qurğusu, 60 reaktiv yaylım atəşi sistemi, o cümlədən 12 «Smerç» qurğusu, onlarla təyyarə, yüzlərlə vertolyot, S-300 kompleksləri, İsrail istehsalı olan HHM sistemləri mövcuddur.
Həmçinin qeyd olunur ki, Azərbaycan güclü hərbi-sənaye kompleksi də formalaşdırıb və keçmiş sovet respublikaları arasında ən güclü hərbi sənayeyə malik olan beşinci ölkədir.
A.Xramçixin Azərbaycanın silah idxalını davam etdirdiyini yazır və son illər Rusiyadan, Türkiyədən, digər ölkələrdən alınan silahları sadalayır. Ekspertin qənaətinə görə, Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlasa, Rusiyanın Ermənistanın köməyinə gələcəyi hələ məlum deyil. Çünki Azərbaycan Ermənistana yox, Qarabağa hücum etməyə hazırlaşır.
A.Xramçixin bildirir ki, Ermənistanın vəziyyəti çıxılmazdır. İrəvan Rusiyanın Azərbaycana yeni silahlar satmasından nə qədər incisə də «düşərgəni dəyişmək» imkanı yoxdur. Rusiya isə müharibə başlayacağı təqdirdə demək olar ki, neytral qalacaq. Rusiya o zaman müharibəyə qarışardı ki, Azərbaycan Ermənistana hücum etsin. Ekspert hesab edir ki, müharibə başlasa, ancaq Azərbaycanla Ermənistan arasında, Qarabağda gedəcək.
«Lakin Azərbaycanın tam qələbə qazanmaq üçün hələ yetərli qüvvəsi yoxdur. Bununla belə heç bir şübhə yeri yoxdur ki, vaxt Azərbaycanın xeyrinə işləyir. Belə vəziyyətdə Ermənistanın ancaq bir yolu qalır ki, özü birinci müharibəyə başlasın və Azərbaycanın hərb potensialını zəiflətsin. Ancaq bu variantın da ciddi minusları var. Çünki Ermənistan işğalçı kimi tanınacaq və beynəlxalq təcridlə üzləşəcək. Ona görə də Ermənistan ancaq onu edə bilərdi ki, Azərbaycanı hərbi əməliyyatlara birinci başlamağa təhrik etsin. Xüsusən də Azərbaycanın müharibəyə başlamaq üçün əlləri gicişir» - deyə Xramçixin yazır.