vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
09:07 | 14 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 1417 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fəhlə inqilabı iri şəhərləri bürüdü

Bir neçə sənaye müəssisəsinin işçiləri etiraz aksiyası keçirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanda əksər sənaye və istehsal müəssisələri işçilərin maaş haqlarını ödəmək iqtidarında deyil. Buna səbəb bazarda olan durğunluq və bölgədə hökm sürən iqtisadi tənəzzüldür.

Son məlumata görə, Təbriz Podşipnik (bolbrinq) Zavodu, Ərdəbil Dəmirəritmə Zavodu və Tikantəpədə fəaliyyət göstərən Azərbaycan Zərşuran Qızıl Fabrikinin işçiləri növbəti dəfə olaraq etiraz aksiyası keçiriblər. Bazar günü keçirilən aksiyalarda işçilər sahibkarlardan bir neçə aydır gecikən maaş və bayram haqlarını tələb ediblər.

Məlumata görə, ailələrinin maliyyə cəhətdən ağır vəziyyətdə olduğunu bildirən işçilər yerli məsulların onların probleminə laqeyd yanaşdığını bildiriblər.

Etiraz aksiyaları Təbrizdə İcra Hakimiyyəti (fərmandari), Ərdəbildə Valilik və Tikantəpədə İcra Hakimiyyətinin binası qarşısında baş tutub.

İşçilərin başlatdığı etiraz aksiyalarının davam edəcəyi gözlənilir.