vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
16:16 | 18 noyabr 2013 | Bazar ertəsi Məqaləyə 3147 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qeydiyyat sadələşdirildi

Daşınmaz əmlakın sənədləşməsində yeniliklər

xezerxeber.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən işlər nəticəsində qeydiyyat prosesi xeyli sadələşib. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Belə ki, sadələşmədən sonra artıq vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edirlər.

Dünya Bankının dəstəyi ilə reallaşan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Reyestr Xidmətinin Ərazi idarələrinin işçiləri üçün Xidmət Standartları və Davranış Qaydaları hazırlanır: “Bu məqsədlə inkişaf etmiş ölkələrin təcrübəsinə istinad edilməklə beynəlxalq məsləhətçi cəlb olunacaq. Hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür”.