vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
14:36 | 14 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 1368 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizim ümumi köklərimiz var»

Artur Ağacanov: «Qarabağ münaqişəsinin pozitiv planda həlli yaxındır»

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dağlıq Qarabağ münaqişəsinin pozitiv planda həlli yaxındır». Bunu «Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu» mövzusunda Bakıda keçirilən konfransda iştirak edən Ukraynadan olan tədqiqatçı, erməni əsilli Artur Ağacanov bildirib.

A.Ağacanov deyib ki, əsas məsələ münaqişənin həllinə inanmaqdır:

«Mən erməniyəm, Bakıda anadan olmuşam, əslən qarabağlıyam. Qarabağda indi müxtəlif xalqların nümayəndələri yaşayır. Mənim tanıdığım ermənilər arasında münaqişə ilə bağlı eyni fikirləri bölüşənlər var. Amma onlar bunu açıq şəkildə dilə gətirməyə ehtiyat edirlər. Lakin öz aralarında münaqişənin həllinə pozitiv yanaşırlar. Bizi yalnız din ayırır ki, bu da o qədər önəmli amil deyil. Bu, mənim fikrimdir. Ola bilsin ki, hazırda Ermənistanda türklər də yaşayır. Məsələn, mənim soyadım Ağacanovdur. Bu isə o deməkdir ki, bizim ümumi köklərimiz var. Məsələn, Allahverdiyev, Mirzəbəyov kimi ortaq soyadlarımız var».