vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:56 | 15 mart 2017 | Çərşənbə Məqaləyə 1269 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İkişafına mühüm töhfə verəcək»

Ukrayna prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını alqışlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Prezidenti Petro Poroşenko bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Prezident Petro Poroşenko, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi salamlarının, həmçinin onun adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olması münasibətilə Mehriban xanım Əliyevaya təbrikinin çatdırılmasını xahiş edib. Ukrayna Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlərini vurğulayıb, bu mühüm təyinatın Azərbaycanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluğunu bildirən Petro Poroşenko ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini və bu sahədə geniş imkanların olduğunu vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkür edib və Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Ukrayna Prezidentinə çatdırıb.

Görüşdə ölkələrimizin BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyi, bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.