vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
19:37 | 18 noyabr 2013 | Bazar ertəsi Məqaləyə 2571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənilər özlərini müdafiə etməkdə çətinlik çəkir»

Əli Həsənov: «Hücum diplomatiyası əsas götürülməlidir»

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

«İşğal olunmuş torpaqlarımızın azad edilməsi hər birimizin fəaliyyətində ayrıca hədəf olmalıdır. Hər birimiz Azərbaycan dövlətinin torpaqlarımızı azad etmək istiqamətində siyasətinin iştirakçısına çevrilməliyik». APA-nın məlumatına görə, bunu bu gün «Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika» kitabının təqdimatı mərasimində kitabın redaktoru, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, qəlbində Qarabağ istəyi daşıyan hər bir şəxs bu kitabı oxumalı, yetərincə bilikli və hazırlıqlı olmalıdır: «Ermənistanın Cənubi Qafqazda nümayiş etdirdiyi güc siyasətinə ağılla, intellektlə cavab verməliyik. Prezident İlham Əliyevin dediyi kimi, hücum diplomatiyası əsas götürülməlidir. Biz erməni lobbisinin qarşısına yalın əllə çıxa bilmərik».
Şöbə müdiri qeyd edib ki, Dağlıq Qarabağ məsələsini Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Elmin İnkişaf Fondu və digər qurumlar öz fəaliyyətlərinin əsas istiqamətlərindən biri kimi qəbul etməlidir: «Bu sahədə görülən işlərin miqyası genişlənir. Ermənilər son zamanlar özlərini müdafiə etməkdə çətinlik çəkirlər. Çünki qarşılarına qoyduğumuz təkzibedilməz faktlar onları beynəlxalq qurumlarda tez-tez qızarmağa, əlacsız qalmağa məcbur edir. Hücum diplomatiyamız gözlənilən nəticəni verir».
Ə. Həsənov Elmin İnkişaf Fondunun bu kitabı qalib elan etdiyini, kitabın sonrakı hissələrinin nəşri üçün vəsait ayrılacağını da açıqlayıb: «İş adamları da bu kitabın nəşrinə, xarici dillərə tərcüməsinə yardımçı olmalıdırlar».