vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
19:54 | 16 mart 2017 | Cümə axşamı Məqaləyə 2463 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

4 nazirin heyfi 40 inəkdən alındı

Diplomatik qalmaqallar Türkiyənin cibinə zərərdir

Əziz RZAZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

AKP-nin nəyin bahasına olursa-olsun 16 Aprel referendumunda qutulardan «hə» cavabı çıxarma cəhdləri, deyəsən, çanağı elə Türkiyənin öz başında çatladacaq. Hələlik türk siyasətçilərinin avazı «yaxşı gəlir». AKP-li siyasətçilər bütün Avropaya meydan oxuyur. «Twitter»də ünlü şirkətlərin hesablarına «Osmanlı tokatı» («Osmanlı yumruğu») atmaqla – kiberhücumla bərabər, ən ağlagəlməz etiraz formalarından belə çəkinilmir.

«Hurriyyet» qəzeti »Ərdoğan sevgisi»nin doğurduğu əməllərin ən absurduna dair bir misal çəkib: Türkiyənin Qırmızı Ət İstehsalçıları Birliyinin üzvləri 40 Holstein inəyini bir yük maşınına dolduraraq geriyə – Hollandiyaya göndəriblər.

Birliyin rəhbəri Bülent Tunc heyvanların rəmzi məna daşıdığını söyləyərək deyib ki: «İnəkləri qəbul etməsələr, onları kəsib ətini paylayacağıq».

Avropa İttifaqı işləri üzrə nazir Ömər Çelik holland inəklərdən fərqli olaraq, «nasist» adlandırdıqları ölkənin iş adamlarını Türkiyəyə birbaşa investisiyalarının (22 milyard dollar və ya ümumi hesabda 16 faiz) geri qaytarılmayacağına və riskə məruz qalmayacağına inandırır.

Yeri gəlmişkən, türk ixracatının 10-cu ən böyük bazarı olan Hollandiyadan qazancı ötən il 3,6 milyard dollar təşkil edib.

Almaniyaya gəlincə, «Deutsche Welle»in məlumatına görə, 2016-cı ildə Türkiyəyə 22 milyard avroluq mal satılıb, Türkiyədən 14 milyard avroluq mal idxal edilib. Üstəlik 2016-cı ildə 4 milyon turist Türkiyədə qonaq olub.

Ticarət bir yana, qaçqın axınını dayandıran Türkiyənin 3 milyard avroluq yardımın bundan sonra alınması da sual altındadır. Görünən budur ki, Ankara bu vəsaiti almağa heç ümid etmir.

2015-də silahlı atışmadan sonra oxşar söz atışması Rusiya ilə də yaşanmışdı. Ötən il Rusiyaya türk mallarına ixrac qadağası təkcə Türkiyə iqtisadiyyatının qida sənayesinə 550 milyon dollar zərər vurub.

Moskvaya son səfərində prezident Ərdoğan itkilərin yerini doldurmağa çalışdı. Artıq «Mir» ödəniş sistemi və «Dənizbank»la qarşılıqlı şəkildə mili valyutalarla ödəmə razılığı var. V.Putin «Türk axını»nın (15.75 milyard kub metr) iki xəttinin tikintisi niyyətini təkrarlayıb. Ümumi dəyəri 20 milyard dollar olan Akkuyu AES-in tikintisi 2023-ci ildə başlamaq niyyəti açıqlanıb və Rusiya artıq layihəyə təxminən 5 milyard dollar sərmayə yatırıb. Lakin Rusiyada işləmək üçün türk vətəndaşlarına hüquqi məhdudiyyətlər və bəzi digər qadağalar hələ də qalır.

Türkiyə «fars şovinizmi»ndə ittiham etdiyi İranla da ticarət dövriyyəsinin həcmi artmaq əvəzinə, azalıb. Həm də 2015-ci ilin yanvar ayından qüvvəyə minən ticarət sazişindən sonra. Halbuki bu sənədlə ticarət dövriyyəsinin həcmi 35 milyard dollara çatmalı idi.

Təxminən 300 məhsul növündə gömrük vergiləri aşağı çəkildiyi üçün ticarətin artması gözlənilirdi, amma bunun tam əksi oldu.

Hətta 2016-cı ildə beynəlxalq embarqonun ləğvi də sərhəd qonşusu olan Türkiyənin İran bazarına iştaha yaratmayıb. Beləcə, böyük ümidlər bəslənilən »Tərcihli ticarət sazişi» adlı sənəd iki ildə çöküb.

«Al-Monitor» qeyd edir ki, Türkiyənin Suriya və İraqdakı siyasətində İranla fikir ayrılığı ticarət dövriyyəsinin azalmasında əsas amildir. Fehim Taştekinin fikrincə, iki ölkə arasında regional rəqabətdən qaynaqlanan siyasi gərginliklər birbaşa iqtisadiyyata zərbə endirir.

«Xarici siyasət iqtisadi əlaqələri elə baltalayır ki, iki ölkə təbii qaz və təcili ehtiyac duyulan bəzi zəruri məhsullar istisna olmaqla, bir-birindən mal alıb-satmama nöqtəsinə doğru gedir. Son beş illik ticarət həcminə baxıldığında bunu açıqca görmək mümkündür».

Metin Çetingulecin bu sözlərinə qüvvət, «Tərcihli ticarət sazişi»nin qüvvədə olmadığı illərdə, məsələn, 2012-ci ildə iki ölkənin ticarət dövriyyəsi 21 milyard 886 milyon dollar göstərici ilə rekord həcmə çatmışdı.

Türkiyə və İranı qarşı-qarşıya gətirən Suriya və İraqdakı daxili qarşıdurmaların böyüməsinə paralel olaraq ticarət həcmi də düşməyə başladı: 2013-cü ildə – 14 milyard 575 milyon dollar, 2014-ci ildə – 13 milyard 720 milyon dollar, 2015-ci ildə – 9 milyard 759 milyon dollar, 2016-da – 9 milyard 666 milyon dollar.

Keçən ay, fevralda çoxlu sayda iş adamı ilə birlikdə Türk-İran Biznes Forumunda iştirak üçün iqtisadiyyat naziri Nihat Zeybəkçi son diplomatik qalmaqalla Tehrana səfərini ləğv etdi.

Bəs sonra nə olacaq? Axı siyasi polemika zəifləmir.

Hollandiyadan üzrxahlıq gözləntisinə baş nazir Mark Rütte birmənalı olaraq «yox» deyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə son açıqlamasında «İstəsəydik, Hollandiya səfirliyi müşavirinin qulağından tutub kameraya atardıq», – deyib.

Türk diplomatiyası prezident Ərdoğanın simasında artıq bir dəfə üzr istəyib: »I once again express my sympathy and profound condolences to the family of the Russian pilot who was killed and I am saying: «Excuse us» («Mən bir daha həlak olmuş Rusiya pilotunun ailəsinin kədərinə şərik olur və deyirəm: «Təqsirimizi bağışlayın»).

Tarix bir daha təkrarlanacaqmı? Yoxsa hollandlar öz ölkələrinə qədəm basan türk rəsmilərinin ayaqları altında 40 inək kəsəcəklər?..