vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
12:47 | 20 mart 2017 | Bazar ertəsi Məqaləyə 1939 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həqiqət anı

Andrey Karaulov Telman İsmayılovu xilas edə biləcəkmi...

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün rusiyalı aradırmaçı jurnalist Andrey Karaulov azərbaycanlı oliqax-keçmiş milyarder Telman İsmayılovun borcları və onun müflis elan edilməsi ətrafında apardığı araşdırmanın ikinci hissəsini yayacaq.

Virtualaz.org xəbər verir ki, bu barədə Karaulovun «Moment istinı» («Həqiqət anı») müəllif proqramının saytında anons verilib. Karaulovun T.İsmayılovun müdafiəsinə yönəlmiş «Ov» sənədli filinin birinci hissəsi bir neçə həftə əvvəl efirə getmişdi. İndi o, «Ov-2»nin anonsunu verib.

Anonsda deyilir ki, «sensasion» sənədli filmdə Telman İsmayılovun biznesinin «VTB Bank» tərəfindən «misli görünməmiş şəkildə reyder üsulu ilə ələ keçirilməsindən» bəhs ediləcək.

«Biz bu unikal əhvalatın yeni təfərrüatları barədə danışacağıq, ölkənin iri və hörmətli bankının necə ölkənin baş reyderinə çevrilməsindən bəhs edəcəyik. Bizim birinci araşdırmamız bankın rəhbərliyi tərəfindən birmənalı qarşılanmadı, indi Telman İsmayılovun şirkətlər qrupunu yeni cinayət işləri ilə hədələyirlər. Bu bespredeldə VTB-nin idarə heyətinin sədri Kostin Andrey Leonoviç hansı rol oynayır?» - Karaulovun anonsunda bildirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl məhkəmə Telman İsmayılovun müflis elan edilməsi barədə qərar çıxarıb. Nəticədə onun milyardlarla dollarlıq kredit borcuna görə banklarda girov qoyulan əmlakının hərrac yolu ilə satılmasının yolu açılıb. T.İsmayılovun o cümlədən «VTB Bank»a yüz milyonlarla dollar kredit borcu var. Onun bankla kreditlərin ödənilməsinin vaxtının uzadılması barədə danışıqları nəticəsiz qalıb.