vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
23:26 | 20 mart 2017 | Bazar ertəsi Məqaləyə 2577 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aleksandr Lukaşenkodan səs-küylü ittiham

«Ermənistandan Avropaya radioaktiv maddə aparılıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistandan Belarusda tranzitlə Avropa ölkələrindən birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddələr aşkarlanıb. Bunu bu gün, martın 20-də ölkə prezidenti Aleksandr Lukaşenko «Qərb-2017» Belarus-Rusiya təlimlərinin təşkili məsələləri üzrə müşavirənin gedişində deyib.

Virtualaz.org «Belta» agentliyinə istinadən xəbər verir ki, Lukaşenko çıxışında bildirib: «Hadisələrdən biri Ermənistandan Belarusda tranzitlə Avropa ölkələrindən birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddələrin aşkarlanması ilə bağlıdır».

«Bu gün dövlət sərhədində baş vermiş bütün bu halların təhqiqatının yekunu üzrə mənə məruzə etməyinizi xahiş edirəm. Bunlar hamısı onu göstərir ki, biz rahat olmamalıyıq. Hər zaman hazır olmalıyıq ki, ölkəmizdəki sabitliyin pozulması cəhdlərinə imkan verməyək», - prezident deyib.

Qeyd edək edək ki, martın 19-da Ermənistandan Bolqarıstana uçan təyyarə tranzit olaraq keçdiyi Belarusun Qomel aeroportunda yoxlanılan zaman göyərtəsində radioaktiv yük aşkarlanıb. Belarusun hava məkanından keçməklə Ermənistandan Bolqarıstana, daha sonra isə Xorvatiyaya uçması nəzərdə tutulan təyyarədə radiasiya fonu normadan 250 dəfə çox olan avadanlıq aparıldığı üzə çıxıb.

TASS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarət idarəsinin rəisi Oleq Lyaşuk bildirib.