vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
11:48 | 22 mart 2017 | Çərşənbə Məqaləyə 1234 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Raqqanı kimdən azad edəcəklər?»

Bəşər Əsəd: «Bəs sonra şəhəri kimə verəcəklər?»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dəməşq, istər Rəqqa, istərsə də başqa bir şəhərdə Suriya hakimiyyəti ilə razılaşdırılmayan istənilən əməliyyatı ölkə ərazisinə müdaxilə hesab edəcək». «Report» bildirir ki, bunu rusiyalı jurnalistlərə Suriya prezidenti Bəşər Əsəd deyib.

«Suriyada hökumət ilə razılaşdırılmayan istənilən hərbi əməliyyat qanunsuzdur və artıq qeyd etdiyim kimi, hərbçilərin Suriya ərazisində istənilən mövcudluğu müdaxilədir, söhbət istər Rəqqanın azad olunmasından getsin, istərsə də başqa bir yaşayış məntəqəsinin», - deyə Əsəd aprelin əvvəlində Raqqanın terrorçulardan təmizlənməsinə başlanacağı ilə bağlı yayılan məlumatları şərh edib.

«Birincisi, biz hamımız bilirik ki, koalisiya (ABŞ-ın rəhbərlik etdiyi - red.) heç vaxt İŞİD və ya terrorçulara qarşı ciddi müqavimət göstərmək niyyətində olmayıb. Odur ki, biz müttəfiqlərin real niyyətinin nə olduğu barədə düşünməliyik. Raqqanı azad etmək? Amma kimdən? İŞİD-dən? Bəs sonra şəhəri kimə verəcəklər? Onların planı nə terrorçularla döyüşmək, nə Suriya hökumətinə kömək etmək, nə də Suriyanın suverenliyi uğrunda müharibə etmək deyil, nəsə başqa bir şeydir», - deyə prezident bildirib.