vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
13:18 | 22 mart 2017 | Çərşənbə Məqaləyə 2308 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna Azərbaycan neftinin tədarükünü artırmağı planlaşdırır

Kiyev 5 ildir çalışmayan kəməri işə salır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ukrtransnafta» Publik Səhmdar Cəmiyyəti (Ukraynanın neft nəqli sisteminin operatoru) gələcəkdə Azərbaycanın «Azeri Light» neftinin Kremençuq Neft Emalı Zavoduna (NEZ) tədarük həcmini artırmağı planlaşdırır.

Bunu «Trend»ə açıqlamasında Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv deyib.

Xatırladaq ki, martın 10-dan «Ukrtransnafta» Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləyib və «Azeri Light»ın Kremençuq NEZ-ə nəqlinə başlayıb. Ötən ilin sonunda imzalanmış saziş 2017-ci ildə Kremençuq NEZ-ə ən azı 1,3 milyon ton «Azeri Light» neft növünün nəqlini nəzərdə tutur.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan neftinin nəqli «Ukrtransnafta»ya 5 ilə yaxındır fəaliyyət göstərməyən Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləməyə imkan verir:

«Bu, Ukrayna NEZ-lərinə neft nəqlini, həmçinin Ukrayna üzrə daxili neft nəqli həcmini də artıracaq».

Qeyd edək ki, Kremençuq NEZ 2016-cı ilin dekabrından «Azeri Light» neftini emal edir. Buna qədər isə neft zavoda dəmiryol nəqliyyatı ilə göndərilirdi.

2016-cı ildə Azərbaycan 31,1 milyon tondan çox yüngül neft hasil edib. 2015-ci ildə bu göstərici 31,3 milyon ton olub.

«Azeri Light» neft növü Azərbaycanın «Azəri-Çıraq-Günəşli» neft yataqları blokunda hasil olunur.