vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
21:12 | 22 mart 2017 | Çərşənbə Məqaləyə 1822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hökumət yox, podratdır...

Baldız, yeznə, qaynana və digərləri...

MÖVZU İLƏ ƏLAQƏLİ

Krımın hazırkı hökuməti «referendumdan» sonra yarımadada hakimiyyət strukturlarına yanaşmanın tamamilə dəyişdiyini, «Ukrayna zamanındakı kimi» tanışlıq və korrupsiya praktikasının keçmişdə qaldığını iddia edir. Ancaq «Krım. Realii» (Krım reallıqları) portalının dəyərləndirməsinə görə, azı, otuz məmur və deputatın ilhaq olunmuş Krımın rəhbərləri ilə qohumluq, partiya və biznes əlaqələri var. Bu barədə «Azadlıq Radiosu»nun rus xidməti yazır.

Krımın baş nazirinin keçmiş müavini Mixail Şeremetin köməkçisi Vladimir Qarnaçuk deyir ki, baş nazir Sergey Aksyonov və parlamentin spikeri Vladimir Konstantinov əsas vəzifələri peşəkarlıq prinsipi ilə deyil, şəxsi simpatiyalarına görə, tanışlıqla paylayıblar.

«Krımın başında onların dostları, qohumları və məşuqələri qaldı. Bu, gözümün qabağında baş verib və krımlıların açıq narazılığına səbəb olub. Vladimir Konstantinov öz məşuqələrini deputatlığa sürüyüb gətirib. Məncə bu, əsl hərəmxanadır. ...Federal hökumət kömək təklif edəndə onu kobud şəkildə rədd edirdilər», – o, «Krım. Realii» radiosunun efirində deyib.

«Rusiya kommunistləri» partiyasının Krım şöbəsinin rəhbəri Leonid Qraç isə Aksyonovun komandasını «obşak» adlandırır. Krımın ictimai fəallarıyarımadada tanışlıq və qohumbazlığın çiçəkləndiyini deyirlər

«Krım. Realii» portalı Krımın hakimiyyət strukturları və deputat korpusunun əsas kadr tərkibini dəyərləndirərək, azı, 30 məmur və deputatın Aksyonov və Konstantinovla birbaşa qohumluq, dostluq və biznes əlaqələrini aşkarlayıb. Ancaq daha çox belə halın mövcudluğu istisna deyil.

Krımın baş naziri Sergey Aksyonov ilhaqdan sonra bütün nəsil-nəcabətini işə düzəldib. Onun «Russkoye yedinstvo» partiyasından keçmiş silahdaşları və ailə biznesi ilə bağlı tərəfdaşları da vəzifəsiz qalmayıblar. Aksyonovun atası Valeri Aksyonov 2014-cü ildə keçirilmiş yerli sovet seçkilərindən sonra Krım parlamentinin deputatı olub. O, eyni zamanda parlamentin tikinti və mənzil-kommunal təsərrüfatı komitəsinin sədr müavinidir. Parlamentin əmlak və torpaq münasibətləri komitəsinin sədri isə Aksyonovun baldızı Yevgeniya Dobrınyadır.Aksyonovun qaynanası Lyudmila Dobrınya isə 2014-cü ildən Krımın ictimai palatasının üzvüdür.

Lenta.ru saytı yazır ki, Krımın «Ekspert-texniki mərkəzi» adlı dövlət müəssisəsinə rəhbərlik edən Aleksandr Dobrınya Aksyonovun qaynı, kənd təsərrüfatı nazirliyinin balıqçılıq departamentinin rəhbəri Andrei Dedyuxin isə onun bacanağı, Yevgeniya Dobrınyanın əridir. «Lenta.ru» həmçinin bildirir ki, Aksyonovlar ailəsinin biznes partnyorları da indi dövlət vəzifələrindədir. Onlardan Krım parlamentinin deputatları Sergey Borodkin və Nikolai Vısotskinin adları çəkilir.

Bundan başqa, Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet və Aksyonovun müşaviri Svetlana Babiyin də biznes tərəfdaşlar arasında olduğu bildirilir. Onların hər ikisi əvvəllər Aksyonovun şirkətində işləyiblər. Krımın hazırkı maliyyə nazirinin müavini Natalya Fedçunsa keçmişdə Aksyonovun qayınanasının şirkətinə rəhbərlik edib.

Krımın rəqabət siyasəti komitəsinin sədri Artyom Zilbervarq və onun müavini Yaroslav Slivka da bu kateqoriyadandır. Yaltanın administrasiyasının rəhbəri Andrey Rostenkonunsa Aksyonovun köhnə tanışı olduğu bildirilir.

Krım parlamentinin spikeri Vladimir Konstantinov isə özünü «köhnə Krım kadrları» ilə əhatələyib. Bundan başqa, ona məxsus «Ukrrosbud» tikinti korporasiyası və «Konsol» şirkətinin əməkdaşları da hazırda Krım hökumətinin yüksək eşelonlarında təmsil olunur.

«Ukrrosbud»un keçmiş maliyyəçisi Yelizaveta Kozhiçeva bir müddət Konstantinovun referent-katibi işlədikdən sonra hazırda Krımın idman naziri postunu tutur. Krımın tikinti və memarlıq naziri Sergey Kononov və mədəni irsin qorunması komitəsinin rəhbəri Aleksandr Didenko «Konsol»un keçmiş əməkdaşlarıdır. «Ukrrosbud»un keçmiş maliyyə direktoru Oksana Sergienko Konstantinov parlamentə gələndən sonra onun köməkçisi, spikerin katibliyinin rəhbəri olub. 2014-cü ildən bəri isə Krım parlamentinin deputatıdır.